Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 246             Bakı şəhəri, 5 sentyabr 2013-cü il

 

 

Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin bazasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin bazasında, mövcud ştat vahidləri dairəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi yaradılsın.

 

2. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş müvafiq xərcləri hesabına həyata keçirilsin.

 

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

 

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.-  7 sentyabr.- S. 4.