Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
245 Bakı
şəhəri, 2 sentyabr 2013-cü il
"Malların
müvəqqəti idxal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli fərmanının
1.1.22-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
"Malların
müvəqqəti idxal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü
il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin (bundan
sonra - Gömrük Məcəlləsi) 192.4-cü maddəsinə
əsasən hazırlanmışdır və malların
müvəqqəti idxal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi qaydalarını müəyyən
edir. Müvəqqəti idxal
proseduru altında təkrar ixrac üçün nəzərdə
tutulmuş xarici mallar yerləşdirilir.
1.2. Müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallardan
gömrük rüsumlarından və vergilərdən tamamilə,
yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri
tətbiq edilmədən gömrük ərazisində istifadə
olunur.
1.3. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi
gömrük orqanının icazəsi ilə həyata
keçirilir. Şəxslər müvafiq icazə
aldıqdan sonra mallardan yalnız həmin icazədə
göstərilmiş müvəqqəti idxal prosedurunun məqsədləri
üçün istifadə edə bilərlər.
1.4. Gömrük ərazisinə müvəqqəti
idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə
nəzarət həmin malların gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanı tərəfindən
Gömrük Məcəlləsinə müvafiq qaydada həyata
keçirilir.
1.5. Müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst
dövriyyə üçün buraxılış
gömrük proseduru altında yerləşdirilərkən,
müvafiq prosedur sahibi həmin mallar üçün ödənilməsi
nəzərdə tutulan gömrük rüsumlarının və
vergilərin tam ödənilməsini təmin etməlidir.
1.6. Bu Qaydaların müddəaları
fiziki şəxslər tərəfindən güzəştli
və sadələşdirilmiş qaydada ölkə ərazisinə
gətirilən istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan mallara şamil
edilmir.
2. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi
şərtləri
2.1. Müvəqqəti idxal xüsusi
gömrük prosedurundan yalnız aşağıdakı şərtlər
daxilində istifadə olunur:
2.1.1. müvəqqəti
idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər
istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə
məruz qalması nəzərdə tutulmadıqda;
2.1.2. müvəqqəti
idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini
təmin etmək mümkün olduqda;
2.1.3. bu Qaydaların
2.3-cü bəndində qeyd edilən hallar istisna olmaqla,
prosedur sahibi gömrük ərazisindən kənarda təsis
edildikdə.
2.2. Aşağıdakı malların
müvəqqəti idxal xüsusi gömrük proseduru
altında yerləşdirilməsinə yol verilmir:
2.2.1. nümayiş,
reklam və sərgi məqsədləri üçün vahid
nüsxədə gətirilmə halları istisna olmaqla, yeyinti məhsullarının,
spirtli və spirtsiz içkilərin, tütün və
tütün məmulatlarının, xammal və
yarımfabrikatların, sərf olunan material və nümunələrin;
2.2.2. gömrük ərazisinə
gətirilməsi qadağan edilmiş və ya məhdudlaşdırılmış
malların;
2.2.3. sənaye və
digər tullantıların.
2.3. Aşağıdakı şərtlər
daxilində gömrük ərazisində təsis edilən
prosedur sahibi müvəqqəti idxal xüsusi gömrük
prosedurundan istifadə edir:
2.3.1. Azərbaycan Respublikası adından
(dövlətlərarası müqavilələr) və Azərbaycan
Respublikasının hökuməti adından (hökumətlərarası
müqavilələr) Azərbaycan Respublikasının xarici
dövlətlərlə və beynəlxalq təşkilatlarla
bağladığı beynəlxalq müqavilələrdə,
hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri
haqqında və digər bu qəbildən olan sazişlərdə
və ya qanunlarda, o cümlədən neft və qaz
haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və
xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə
tutulduqda;
2.3.2. qanunvericilikdə
nəzərdə tutulmuş hallarda tikinti fəaliyyəti,
habelə dövlət satınalmaları həyata
keçirildikdə və ya məhsul istehsalı, işlərin
görülməsi, xidmətlərin göstərilməsi
üzrə dövlət sifarişləri yerinə yetirildikdə;
2.3.3. mədəniyyət,
turizm, idman və bu qəbildən olan digər tədbirlər.
3. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsinə
icazənin verilməsi
3.1. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi
üçün gömrük orqanına kağız üzərində
yazılı və ya elektron formada ərizə ilə
müraciət edilir. Ərizədə “İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində
qeyd edilən məlumatlarla yanaşı,
aşağıdakılar da göstərilir:
3.1.1. malların
adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
üzrə kodu, həmin nomenklaturada göstərilən
ölçü vahidində miqdarı, habelə dəyəri;
3.1.2. malların müvəqqəti
idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinin
məqsədi;
3.1.3. malların təkrar
ixrac edilməsi müddəti.
3.2. Ərizə ilə birlikdə
aşağıdakılar da təqdim edilir:
3.2.1. fiziki şəxsin
şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin
dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışın) və
nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
3.2.2. ərizəçi
kommersiya hüquqi şəxs və ya hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi – VÖEN;
3.2.3. gömrük əməliyyatlarının
qanunvericiliyin tələblərinə uy-ğun aparılacağına dair zəmanət;
3.2.4. gömrük borcunun yarandığı və
ya yarana biləcəyi hallarda onun ödənilməsinə
dair təminat.
3.3. Daxil olmuş ərizəyə
gömrük orqanı tərəfindən 3 (üç)
iş günü müddətində baxılır və bu
Qaydaların 3.4-cü bəndində göstərilən hallar
mövcud olmadıqda, malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsinə
kağız üzərində yazılı və ya elektron
formada icazə verilir. Təqdim edilmiş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə, bu barədə
ərizəçiyə dərhal məlumat verilir.
Çatışmazlıqlar aradan qaldırıldıqda, ərizəyə
1 (bir) iş günü müddətində yenidən
baxılır və müvafiq qərar qəbul edilir.
3.4. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi
üçün icazənin verilməsindən
aşağıdakı hallarda imtina edilir:
3.4.1. malların
gömrük ərazisinə gətirilməsi qadağan
edildikdə və ya məhdudlaşdırıldıqda;
3.4.2. icazənin verilməsi
üçün təqdim edilmiş sənədlərdə
yanlış məlumatlar olduqda;
3.4.3. bu Qaydalarda nəzərdə
tutulmuş şərtlərə riayət edilmədikdə.
3.5. İcazənin verilməsindən
imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra
icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən
gömrük orqanına müraciət edilə bilər.
3.6. İcazənin alınması
üçün təqdim edilmiş məlumatlarda və sənədlərdə
dəyişiklik olduqda, icazə sahibi dərhal bu barədə gömrük
orqanına məlumat verir.
4. İcazənin ləğv edilməsi
4.1. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi
üçün icazə gömrük orqanı tərəfindən
aşağıdakı hallarda ləğv edilir:
4.1.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi
təqdim edildikdə;
4.1.2. icazənin verilməsi
üçün təqdim edilmiş sənədlərdə
yanlış məlumatlar aşkar edildikdə;
4.1.3. icazəni
almış hüquqi şəxs ləğv edildikdə,
fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin
düşmüş və ya ölmüş elan olunduqda;
4.1.4. icazənin verilməsi
üçün əsas olmuş şərtlərə riayət
edilmədikdə;
4.1.5. məhkəmənin
müvafiq qərarı olduqda;
4.1.6. bu Qaydaların
5.5-ci bəndində nəzərdə tutulmuş halda.
4.2. İcazə sahibi icazənin ləğv
edilməsi barədə dərhal kağız üzərində
yazılı və ya elektron formada məlumatlandırılır.
4.3. İcazə ləğv edildikdə,
müvəqqəti idxal xüsusi gömrük proseduru
altında yerləşdirilmiş mallar dərhal digər
gömrük proseduru altında yerləşdirilməlidir.
5. Hüquqların və öhdəliklərin
digər şəxslərə verilməsi
5.1. Müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar
prosedur sahibinin hüquqları və öhdəlikləri həmin
gömrük proseduru üçün müəyyən
edilmiş şərtlərə əməl edən digər
şəxslərə verilə bilər.
5.2. Hüquq və öhdəliklərin həmin
gömrük proseduru üçün müəyyən edilmiş
şərtlərə əməl edən digər şəxsə
ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən
gömrük orqanına müraciət edilir.
5.3. Hüquq və öhdəlikləri qəbul
edən şəxsin həmin gömrük proseduru
üçün müəyyən edilmiş şərtlərə
əməl edəcəyinə zəmanət təqdim edildikdə,
gömrük orqanı tərəfindən həmin şəxsə
bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq icazə
verilir.
5.4. Müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar
hüquq və öhdəliklər bu prosedur altında yerləşdirilmiş
mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə
ötürülə bilər.
5.5. Müvəqqəti idxal xüsusi
gömrük proseduruna dair hüquq və öhdəliklər
digər şəxsə ötürüldükdə, əvvəlki
icazə sahibinə verilmiş icazə ləğv edilir.
6. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında qalma müddəti və
həmin müddətin uzadılması
6.1. Müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş
malların təkrar ixracının və ya növbəti
gömrük proseduru altında yerləşdirilməsinin
müddətini gömrük orqanları müəyyənləşdirirlər.
Bu müddət müvəqqəti idxal
xüsusi gömrük prosedurunun məqsədi
üçün kifayət etməlidir.
6.2. Malların eyni məqsəd
üçün və eyni şəxsin məsuliyyəti
altında olmaqla, müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilə biləcəyi
maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan
Respublikasının Nazirlər Kabineti müxtəlif
kateqoriyadan olan mallar üçün daha az
və daha çox müvəqqəti idxal müddətləri
müəyyən edə bilər.
6.3. Bu Qaydaların 6.2-ci bəndində
göstərilən müddətdə müvəqqəti
idxal xüsusi gömrük prosedurunun məqsədlərinə
nail olunmadıqda, gömrük orqanı həmin prosedur
üçün müəyyən olunmuş müddətin
başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış
müraciəti ilə malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında qalma müddətini
12 (on iki) aya qədər uzadır.
6.4. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında qalma müddətinin
uzadılması ilə bağlı müraciətə
gömrük orqanları tərəfindən 3 (üç)
iş günü
müddətində baxılır.
6.5. Gömrük orqanları bu
Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş
şərtlərə əməl olunmadığını
aşkar etdiyi halda malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında qalma müddətinin
uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar
qəbul olunduqdan
1 (bir) iş günü müddətində prosedur
sahibi bu barədə yazılı formada məlumatlandırılır.
6.6. Malların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında qalma müddətinin
uzadılması prosesi müvəqqəti idxal xüsusi
gömrük proseduru üçün müəyyən edilmiş
müddətin axımını dayandırmır.
6.7. Müvəqqəti idxal gömrük
proseduru altında yerləşdirilmiş mallar
üçün müəyyən edilmiş müddət
başa çatanadək həmin mallar təkrar ixrac edilməli
və ya digər gömrük proseduru altında yerləşdirilməlidir.
6.8. Müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar
ixrac edildikdə və ya digər gömrük proseduru
altında yerləşdirildikdə, müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallar üçün müəyyən edilmiş müddət
başa çatmış hesab olunur.
7. Müvəqqəti idxal edilən
malların gömrük rüsumlarından və vergilərdən
tamamilə və ya qismən azad edilməsi
7.1. Müvəqqəti
idxal edilən malların gömrük rüsumlarından və
vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin
malların müvəqqəti idxal xüsusi gömrük
proseduru altında yerləşdirilməsinə icazə
verildikdə, gömrük orqanı tərəfindən bu
Qaydalara uyğun olaraq müəyyənləşdirilir.
7.2. 1 (bir) il müddətində təkrar ixrac olunması
şərtilə müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş
aşağıdakı xarici mallardan gömrük
rüsumlarından və vergilərdən tamamilə azad
olunmaqla istifadə olunur:
7.2.1. tədbirin keçirildiyi yerdən kənara
aparılmaması, icarəyə verilməməsi və ya
mükafat müqabilində başqa cür istifadə
olunmaması şərtilə sərgilərdə,
yarmarkalarda, konfranslarda, təqdimatlarda, müsabiqələrdə
və iclaslarda nümayiş və ya istifadə
üçün nəzərdə tutulan mallar;
7.2.2. rezidentlə bağlanılmış müqavilə
əsasında birgə filmlərin, televiziya
proqramlarının və ya audiovizual materialların
istehsalı halları istisna olmaqla, kirayə obyekti olmaması
şərtilə aşağıdakı peşə
avadanlığı və həmin avadanlıq
üçün ləvazimatlar:
7.2.2.1. reportajların hazırlanması, müəyyən
proqramlar üçün verilişlərin və yazmaların
həyata keçirilməsi məqsədi ilə mətbuat,
radio və ya televiziya yayımı avadanlığı;
7.2.2.2. film çəkmək məqsədi ilə
kinematoqrafiya avadanlığı;
7.2.2.3. peşə avadanlığının təmiri
üçün nəzərdə tutulmuş ehtiyat hissələri;
7.2.2.4. peşə avadanlığının
daşınması üçün nəzərdə
tutulmuş xüsusi nəqliyyat vasitələri;
7.2.3. sənaye istehsalı, təbii sərvətlərin
istismarı, binaların tikintisi, təmiri və istismarı,
torpaq işləri üçün nəzərdə tutulan
mallar istisna olmaqla, şəxsin vəzifəsinin, sənətinin
və ya peşəsinin icrası məqsədi ilə müvəqqəti
gətirilən hər hansı digər mallar;
7.2.4. malların qablaşdırılması
üçün taralar və ya malların yüklənməsi
üçün konteynerlər və onların təmiri
üçün tələb olunan ehtiyat hissələri;
7.2.5. gəlir əldə etmək məqsədi ilə
istifadə etməmək, digər şəxslərə
müvəqqəti istifadə üçün verməmək
şərtilə tədris məqsədləri və ya elmi tədqiqat
mərkəzlərində tədqiqat işlərinin
aparılması üçün gətirilən mallar, pedaqoji
ləvazimatlar;
7.2.6. satmamaq şərtilə teatr və ya sirk
tamaşalarının, konsertlərin, idman tədbirlərinin
və ya məşqlərinin və digər mədəniyyət
tədbirlərinin keçirilməsi üçün
xüsusi geyimlər, idman malları, musiqi alətləri, səhnə
ləvazimatları və ya rekvizitləri;
7.2.7. təlim, əhliləşdirmə,
çoxaltma, baytarlıq müalicəsi, turizm, təcrübə
keçmə və digər xüsusi tədbirlərin həyata
keçirilməsi üçün nəzərdə
tutulmuş heyvanlar;
7.2.8. təbii fəlakətlərin,
qəzaların və bədbəxt hadisələrin aradan
qaldırılmasından ötrü Azərbaycan
Respublikasının dövlət orqanlarına və təşkilatlarına əvəzsiz
müvəqqəti istifadəyə verilməsi
üçün gətirildikdə və ya xarici dövlətlərə
həmin hadisələrin aradan
qaldırılması üçün aparıldıqda;
7.2.9. hüquqi və
fiziki şəxslərin mülkiyyətində qalmaqla
müalicə və digər tibb müəssisələrinə
əvəzsiz müvəqqəti istifadəyə verilməsi üçün tibb
avadanlıqları və ləvazimatları gətirildikdə
(aparıldıqda).
7.3. Malların bu Qaydaların
7.2.1-7.2.9-cu yarımbəndlərində göstərilən
şərtlərə uyğun istifadə edilməsi nəzərdə
tutulmadıqda, müvəqqəti idxal müddəti 1 (bir) ildən
artıq müəyyən edildikdə və ya müəyyən
edilmiş daha qısa müvəqqəti idxal müddəti
uzadıldıqda, müvəqqəti idxal edilən mallar
gömrük rüsumlarından və vergilərdən qismən
azad edilir.
7.4. Müvəqqəti
idxal müddəti 1 (bir) ildən artıq müəyyən
edildikdə və ya müəyyən edilmiş daha qısa
müvəqqəti idxal müddəti uzadıldıqda,
müvəqqəti idxal edilən malların gömrük
rüsumlarından və vergilərdən qismən azad edilməsi
müvafiq olaraq birinci ilin bitdiyi tarixdən və ya müvəqqəti
idxal müddətinin uzadıldığı tarixdən həyata
keçirilir.
7.5. Gömrük rüsumlarından və
vergilərdən qismən azad edilməklə müvəqqəti
idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallara tətbiq olunan gömrük rüsumları və vergilər
üzrə aylıq ödənişlərin məbləği
onların müvəqqəti idxal xüsusi gömrük
proseduru altında yerləşdirildiyi tarixdə sərbəst
dövriyyəyə buraxılışı üçün
ödənilməli olan gömrük rüsumlarının və
vergilərin məbləğinin 3 (üç) faizi
miqdarında müəyyən edilir.
7.6.
Gömrük rüsumlarından, vergilərdən qismən
azad edilməklə müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallara
görə alınan aylıq ödənişlərin
ümumi məbləği onların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirildiyi
tarixdə sərbəst dövriyyəyə
buraxılışı üçün ödənilməli
olan gömrük rüsumlarının və vergilərin məbləğindən
artıq olmamalıdır.
7.7. Aylıq ödənişlərin
hesablanması müvəqqəti idxal olunan mallar gömrük
sərhədini keçən gündən başlanır və
həmin gün qüvvədə olan gömrük
rüsumları və vergilərin dərəcələri əsas
götürülür. Aylıq ödənişlər
ödənilmə tarixinə Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi məzənnəyə
uyğun olaraq manatla ödənilir.
7.8. Müvəqqəti idxal edilmiş
mallar təkrar ixrac olunarkən, yaxud digər gömrük
proseduru altında yerləşdirilərkən ödənilmiş
aylıq ödənişlər geri qaytarılmır.
7.9. Gömrük rüsumlarının və
vergilərin ödənilməsindən qismən azad edilməklə,
müvəqqəti idxal edilmiş malların sərbəst
dövriyyə üçün buraxılış
gömrük proseduru altında yerləşdirilməsi
zamanı hesablanmış gömrük rüsumlarının
və vergilərin məbləğindən həmin mallara
görə ödənilmiş aylıq ödənişlərin
məbləği çıxılmalıdır.
7.10. Gömrük rüsumlarından, vergilərdən
qismən azad edilməklə müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallara
görə alınan aylıq ödənişlərin
ümumi məbləği onların müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə
buraxılışı üçün ödənilməli
olan gömrük rüsumlarının və vergilərin məbləğinə
bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin
164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi
şərtilə sərbəst dövriyyə
üçün buraxılmış mallar hesab olunur.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 4.