Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
244 Bakı şəhəri,
2 sentyabr 2013-cü il
"Malların
müvəqqəti ixrac gömrük
proseduru altında yerləşdirilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının
1.1.16-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Malların müvəqqəti ixrac gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikasında müvəqqəti
idxal (ixrac) edilən
malların gömrük rüsumları və
vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi
Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 27 iyul tarixli 160 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu,
1998, ¹ 7, maddə 479) ləğv edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il
2 sentyabr tarixli 244 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin
130.2-ci maddəsinə uyğun
olaraq hazırlanmışdır
və malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi
qaydalarını müəyyən
edir. Müvəqqəti ixrac proseduru altında təkrar idxal üçün nəzərdə tutulmuş
daxili mallar yerləşdirilir.
1.2. Müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş mallardan
gömrük rüsumlarından
və vergilərdən
tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük
ərazisindən kənarda
istifadə olunur.
1.3. Təbii aşınma və ya mallardan istifadə
edilməsi nəticəsində
dəyişikliklər, habelə
normal şəraitdə daşınma
və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili
mallar eyni vəziyyətdə təkrar
idxal olunmalıdır.
1.4. Təkrar idxal edilən malların eyniləşdirilməsinin
mümkün olması
şərtilə, onların
qorunmasını təmin
etmək üçün
mallar üzərində
təmir, texniki xidmət və malların normal vəziyyətdə
saxlanılması ilə
bağlı digər zəruri əməliyyatların
həyata keçirilməsinə
yol verilir.
1.5. Bu Qaydaların müddəaları fiziki şəxslər tərəfindən
güzəştli və
sadələşdirilmiş qaydada ölkə ərazisindən aparılan
istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə
tutulmayan mallara şamil edilmir.
2. Malların müvəqqəti ixrac gömrük proseduru altında
yerləşdirilməsi
şərtləri
2.1. Mallar müvəqqəti ixrac gömrük proseduru altında rezidentlər tərəfindən yerləşdirilir.
2.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi
aşağıdakı şərtlər
daxilində həyata keçirilir:
2.2.1. malların
təkrar idxal edilməsi nəzərdə
tutulduqda;
2.2.2. bu
Qaydaların 1.3-cü və
1.4-cü bəndlərində göstərilənlər istisna
olmaqla, malların hər hansı başqa dəyişikliyə
məruz qalması nəzərdə tutulmadıqda;
2.2.3. müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar
təkrar idxal edildiyi zaman, onların eyniləşdirilməsini
təmin etmək mümkün olduqda.
2.3. Aşağıdakı
malların müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilməsinə icazə
verilmir:
2.3.1. nümayiş,
reklam və sərgi məqsədləri
üçün vahid
nüsxədə aparılma halları istisna olmaqla, yeyinti məhsullarının, spirtli
və spirtsiz içkilərin, tütün
və tütün məmulatlarının, xammal
və yarımfabrikatların, sərf olunan material və nümunələrin;
2.3.2. gömrük
ərazisindən aparılması
qadağan edilmiş və ya məhdudlaşdırılmış
malların;
2.3.3. sənaye
və digər tullantıların.
3. Malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddəti
3.1. Müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş malların
bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi
dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir.
Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün
kifayət etməlidir.
3.2. Bu Qaydaların
3.1-ci bəndində göstərilən
müddətdə müvəqqəti
ixrac gömrük prosedurunun məqsədlərinə
nail olunmadıqda, gömrük
orqanı həmin prosedur üçün müəyyən olunmuş
müddətin başa
çatmasına 1 (bir)
ay qalmış prosedur
sahibinin əsaslandırılmış
müraciəti ilə
malların müvəqqəti
ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər
uzadır.
3.3. Müvəqqəti
ixrac gömrük proseduru altında malların qalma müddətinin uzadılması
ilə bağlı müraciətə gömrük
orqanları tərəfindən 3 (üç)
iş günü müddətində baxılır.
3.4. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində
nəzərdə tutulmuş
şərtlərə əməl
olunmadığını aşkar
etdiyi halda malların müvəqqəti
ixrac gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur
sahibi bu barədə yazılı
formada məlumatlandırılır.
3.5. Malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılması
prosesi müvəqqəti
ixrac gömrük proseduru üçün müvafiq qaydada müəyyən edilmiş
müddətin axımını
dayandırmır.
3.6. Müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar
üçün müəyyən
edilmiş müddət
başa çatanadək
müvəqqəti ixrac
gömrük proseduru altında yerləşdirilmiş
mallar təkrar idxal edilməli və ya digər
gömrük proseduru altında yerləşdirilməlidir.
3.7. Müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar
təkrar idxal edildikdə və ya digər gömrük
proseduru altında yerləşdirildikdə, müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar
üçün müəyyən
edilmiş müddət
başa çatmış
hesab olunur.
4. Müvəqqəti ixrac edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə
və ya qismən azad edilməsi
4.1. Azərbaycan Respublikasının qanunvericiliyində
müvəqqəti ixrac
gömrük proseduru altında yerləşdirilən
mallar üçün
gömrük rüsumları
və vergilərin ödənilməsi nəzərdə
tutulduqda, həmin mallar bu Qaydalara
uyğun olaraq, gömrük rüsumlarından
və vergilərdən
tamamilə və ya qismən azad edilir.
4.2. 1 (bir) il müddətində
təkrar idxal olunması şərtilə,
müvəqqəti ixrac
gömrük proseduru altında yerləşdirilmiş
mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə
azad olunmaqla, gömrük ərazisindən
kənarda istifadə olunur.
4.3. Müvəqqəti ixrac müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə
və ya müəyyən edilmiş
daha qısa müvəqqəti ixrac müddəti uzadıldıqda,
müvəqqəti ixrac
edilən mallar gömrük rüsumlarından
və vergilərdən
qismən azad edilir.
4.4. Müvəqqəti
ixrac müddəti 1 (bir) ildən artıq müəyyən
edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti
ixrac müddəti uzadıldıqda, müvəqqəti
ixrac edilən malların gömrük rüsumlarından və vergilərdən qismən
azad edilməsi müvafiq olaraq birinci ilin bitdiyi
tarixdən və ya müvəqqəti ixrac müddətinin uzadıldığı tarixdən
həyata keçirilir.
4.5. Gömrük rüsumlarından və vergilərdən qismən
azad edilməklə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş
mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin
məbləği onların
müvəqqəti ixrac
gömrük proseduru altında yerləşdirildiyi
tarixdə ixrac üçün ödənilməli
olan gömrük rüsumlarının və
vergilərin məbləğinin
3 (üç) faizi miqdarında müəyyən
edilir.
4.6. Gömrük rüsumlarından, vergilərdən
qismən azad edilməklə, müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş mallara
görə alınan gömrük rüsumlarının
və vergilərin ümumi məbləği
onların müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirildiyi tarixdə
ixrac üçün
ödənilməli olan
gömrük rüsumlarının
və vergilərin məbləğindən artıq
olmamalıdır.
4.7. Aylıq ödənişlərin hesablanması
müvəqqəti ixrac
olunan mallara münasibətdə mallara
dair bəyannamənin
təqdim olunduğu gündən başlanır
və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri
əsas götürülür.
Aylıq
ödənişlər ödənilmə
tarixinə Azərbaycan
Respublikası Mərkəzi
Bankının müəyyən
etdiyi məzənnəyə
uyğun olaraq manatla ödənilir.
4.8. Müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili
mallar təkrar idxal olunarkən və ya digər
gömrük proseduru altında yerləşdirilərkən
ödənilmiş aylıq
ödənişlər geri
qaytarılmır.
4.9. Gömrük rüsumlarının və
vergilərin ödənilməsindən
qismən azad edilməklə, müvəqqəti
ixrac gömrük proseduru altında yerləşdirilmiş daxili
malların ixrac gömrük proseduru altında yerləşdirilməsi
zamanı hesablanmış
gömrük rüsumlarının
və vergilərin məbləğindən həmin
mallara görə ödənilmiş aylıq
ödənişlərin məbləği
çıxılmalıdır.
4.10. Gömrük
rüsumlarından, vergilərdən qismən azad
edilməklə, müvəqqəti ixrac gömrük proseduru
altında yerləşdirilmiş mallara
görə alınan aylıq gömrük
rüsumlarının və vergilərin ümumi
məbləği onların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirildiyi
tarixdə ixrac üçün
ödənilməli olan gömrük
rüsumlarının və vergilərin məbləğinə
bərabər olduqda, həmin mallar ixrac gömrük
proseduru altında yerləşdirilmiş mallar hesab olunur.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 4.