Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 243                   Bakı şəhəri, 30 avqust 2013-cü il

 

 

"Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002 ci il 28 noyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

"Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 11, maddə 691) 1-ci hissəsinin ikinci abzasına "Kiçik sahibkarlığa" sözlərindən sonra "(informasiya-kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)" sözləri əlavə edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.-  7 sentyabr.- S. 4.