Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
242 Bakı şəhəri,
30 avqust 2013-cü il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli
136 nömrəli qərarı ilə təsdiq edilmiş
"İnzibati orqanların Təsnifatı"nda
dəyişikliklər edilməsi barədə
"Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin
fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli
833 nömrəli fərmanından irəli gələrək və
"Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu
haqqında Əsasnamə"nin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 2 aprel tarixli 853 nömrəli fərmanının
3.3-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli
136 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹
10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22,
32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr
674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr
146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447,
¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə
817, ¹ 10, maddə 1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr
1363, 1388; 2013, ¹ 1, maddə 73) ilə təsdiq edilmiş
"İnzibati orqanların Təsnifatı"nın
II bölməsinə aşağıdakı məzmunda 12.1-ci
və 12.2-ci bəndlər əlavə edilsin:
"12.1. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi
12.2. Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 4.