Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
239 Bakı şəhəri,
30 avqust 2013-cü il
"Əmək
şəraiti ağır və zərərli olan
işlərdə və iqlim şəraitinə
görə işləmək üçün
əlverişli olmayan iş
yerlərində çalışan işçilərin əmək
haqqının yüksək məbləğdə ödənilməsini
təmin edən artımların (əmsalların) məbləğinin minimum
miqdarının müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Azərbaycan
Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi ilə
razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Əmək şəraiti
ağır və zərərli olan
işlərdə və iqlim şəraitinə
görə işləmək üçün
əlverişli olmayan iş
yerlərində çalışan işçilərin əmək
haqqının yüksək məbləğdə ödənilməsini
təmin edən artımların (əmsalların) məbləğinin
minimum
miqdarının müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002 ¹ 8, maddə 548; 2003, ¹ 4, maddə
225, ¹ 7, maddə 392, ¹ 10, maddə 616; 2004, ¹ 5, maddə
379; 2005, ¹ 9, maddə 853; 2007, ¹ 2, maddə 191; 2008, ¹ 2, maddələr
104, 112, ¹ 6, maddə 584, ¹ 8, maddə 788; 2010, ¹ 4, maddə 361,
¹ 6, maddə 566; 2012, ¹ 3, maddə 265; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 11 iyun tarixli 114 nömrəli qərarı) 1 nömrəli
əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən
1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq
yüksəklikdə yerləşən yaşayış məntəqələrinin
Siyahısı"nın cədvəlinin "1500 metrdən
- 2000 metrədək" sütununun "Goranboy rayonu" bölməsinə
"Ballıqaya k." sətrindən sonra "Buzluq k." sətri əlavə edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 4.