Dağıstan
Respublikasının Prezidenti
cənab Ramazan Abdulatipova
Hörmətli Ramazan Hacımuradoviç!
Sizi Dağıstan Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə ürəkdən
təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətlərinin
inkişafı və möhkəmlənməsi bundan
sonra da Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında çoxtərəfli əməkdaşlığa,
Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.
Hörmətli Ramazan Hacımuradoviç,
Sizə möhkəm cansağlığı və
dost Dağıstanın firavanlığı
naminə fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
9 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 1.