Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli
cənab Prezident,
Bakıya ilk rəsmi səfəri münasibətilə
mən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri
təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək
verdiyimi Sizə çatdırmaq istərdim.
Onun bu yaxınlarda təyin
olunması tərəflərin Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə nail
olmasına yardım etmək işinə Birləşmiş
Ştatların qəti və birmənalı sadiqliyinin
güclü göstəricisidir.
Ümidvaram ki, səfir
Uorlikin zəngin diplomatik
təcrübəsi və hökumətinizin irəliləyişə
nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan
verəcəkdir. Mən gələn aylar ərzində
Ermənistan ilə birbaşa dialoq imkanlarından
yararlanmağınızı və danışıqlarda
hazırkı çıxılmaz vəziyyətdən
çıxış yolu tapmaq
üçün həmsədrlərin
vaxtından və bacarığından istifadə etməyinizi
dəstəkləyirəm. Artıq danışıqlarda
müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar
olunması üçün yeni səylərin göstərilməsi
vaxtı yetişib.
Səmimiyyətlə,
Barak
OBAMA,
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 1.