Cəlilabad rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramları Cəlilabad
rayonunda da uğurla yerinə yetirilir. Son on ildə
rayonda bir sıra mühüm infrastruktur layihələri
yerinə yetirilmiş,
ən müasir tələblərə cavab
verən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, rayon Mərkəzi
Xəstəxanası, Şahmat
məktəbi, Yaradıcılıq
mərkəzi, təhsil,
mədəniyyət və
digər sosialyönümlü
obyektlər istifadəyə
verilmiş, iri kənd təsərrüfatı
və emal müəssisələri yaradılmış,
yeni avtomobil yolları çəkilmiş
və abadlıq-quruculuq
işləri həyata
keçirilmişdir.
Cəlilabad
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda rayon üzrə müəyyən
olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 9 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 1.