Prezident İlham
Əliyev Azərbaycanda prezident seçkilərinin
müşahidəsi üzrə MDB dən Müşahidə
Missiyasının başçısı Leonid
Slutskini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Azərbaycanda
prezident seçkilərinin müşahidəsi
üzrə MDB-dən Müşahidə Missiyasının
başçısı, Rusiya Dövlət
Dumasının MDB və Həmvətənlərin İşləri
üzrə Komitəsinin rəhbəri Leonid
Slutskini qəbul etmişdir.
Cənab Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla
bağlı başçılıq etdiyi
missiyanın ölkəmizdəki fəaliyyəti barədə
Prezident İlham
Əliyevə məlumat verdi. O,
respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər
etdiklərini və seçkiyə hazırlıq işlərinin
yüksək səviyyədə təşkil edildiyinin
şahidi olduqlarını dedi.
Azərbaycan Mərkəzi Seçki
Komissiyasının bu istiqamətdəki fəaliyyətini
yüksək qiymətləndirən Leonid
Slutski hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə
aparıldığını vurğuladı. O,
başçılıq etdiyi missiyanın
yerli və digər beynəlxalq təşkilatlarla
əlaqəli şəkildə fəaliyyət göstərməsinin
önəmini qeyd etdi.
Dövlət
başçısı MDB Parlamentlərarası
Assambleyasının Müşahidə Missiyasının prezident seçkilərində müşahidəçi
kimi iştirakından məmnunluğunu
ifadə etdi. Prezident İlham
Əliyev MDB Müşahidə Missiyasının ötən
dövrlərdə keçirilən seçkilərdə obyektiv və uğurla fəaliyyət
göstərdiyini, seçkilərin nəticələri ilə
əlaqədar Parlament Assambleyasında Azərbaycan
xalqının iradəsi ilə bağlı verdikləri ədalətli qiyməti yüksək
dəyərləndirdi. Builki prezident seçkilərinə
hazırlıq məsələlərinə toxunan
Prezident İlham
Əliyev müşahidəçi missiyaların seçkiyə
hazırlıqla bağlı bütün
proseslərdə yaxından iştirak
etdiklərini və hazırlıq işlərinin beynəlxalq
standartlara uyğun
şəkildə aparıldığını dedi. Seçkinin hər bir ölkənin həyatında
mühüm mərhələ olduğunu qeyd edən
dövlət başçısı qarşıdan gələn
prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi
üçün lazım olan
bütün şəraitin
yaradıldığını dedi və
seçkilərin yüksək standartlara
uyğun şəkildə keçiriləcəyinə
ümidvar olduğunu bildirdi.
Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq
sahəsində uğurla inkişaf
etdiyinin vurğulandığı
görüşdə ölkələrimizin MDB Parlamentlərarası
Assambleyasında fəal əməkdaşlığının
önəmi
qeyd olundu.
Görüşdə
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev də iştirak etmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 2.