Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsi üçün qəti və
təsirli addımların atılmaması regionda
vəziyyətin daha da
kəskinləşməsinə geniş yol açır
Sentyabrın
9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər
Əbiyev ATƏT-in Minsk qrupunun
ABŞ-dan olan həmsədri
Ceyms Uorlik ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, amerikalı həmsədri
yeni təyinatı münasibətilə təbrik
edən müdafiə naziri qonağı
regiondakı mövcud hərbi-siyasi vəziyyət
barədə məlumatlandırmışdır.
Əsasən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin səbəblərindən danışan
nazir qeyd etmişdir ki, Ermənistanın
işğalçılıq siyasətinin iyirmi
ildən çox davam
etməsinə baxmayaraq beynəlxalq birlik, xüsusilə Minsk qrupu münaqişənin həlli istiqamətində
səmərə verə biləcək
təşəbbüslərlə çıxış etməmişdir.
Əvəzində çox vaxt işğalçı ilə zərər
çəkən tərəf bərabər tutulmuşdur
ki, bu da
olduqca acı təəssüf doğurur. Münaqişə ilə
bağlı Azərbaycan dəfələrlə öz ədalətli mövqeyini
ortaya qoysa da, lakin nədənsə bu gün də beynəlxalq
ictimaiyyət tərəfindən bu məsələyə
münasibətdə biganəliyin
şahidiyik.
Müdafiə naziri BMT-nin qəbul etdiyi 4 qətnamənin icra
edilməməsini, həmçinin "Azadlığı
müdafiə aktı"na 907-ci düzəlişin
yaratdığı maneələri xüsusi
vurğulamışdır. Onun fikrincə,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün
qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha
da kəskinləşməsinə geniş yol açır.
Nazir bildirmişdir
ki, Azərbaycan heç
kəsin torpağını işğal
etməmişdir və heç kimə bir qarış da olsun torpaq vermək niyyəti
yoxdur. Münaqişənin dinc şəraitdə həllinin yalnız bir yolu vardır ki, o da
Ermənistan silahlı qüvvələrinin işğal
etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir. Biz
başqa bir şərti
təsəvvür etmirik.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini
bildirən həmsədr Ceyms Uorlik müzakirə olunan
məsələ ilə əlaqədar Azərbaycan ilə əməkdaşlığını
intensivləşdirəcəyini bildirmişdir.
Görüşdə
ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstar iştirak etmişdir.
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 2.