Milli Məclis Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün doqquz beynəlxalq təşkilata rəsmi dəvət göndərmişdir

 

Azərbaycan Respublikasının Milli Məclisi oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün bir sıra beynəlxalq təşkilatlara rəsmi dəvət göndərmişdir.

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdir. A.Təvəkküloğlu demişdir ki, Milli Məclis prezident seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq təşkilata dəvət göndərmişdir. Bunlar ATƏT Parlament Assambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, MDB Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Asiya-Sakit Okean hövzəsi ölkələrinin beynəlxalq mərkəzçi demokratları təşkilatı, Latın Amerikası və Karib Hövzəsi ölkələrinin siyasi partiyalarının daimi konfransı, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasıdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 2.