Elnur ASLANOV: Qlobal
Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan
Şərqi Avropanın bütün
ölkələrini qeyd-şərtsiz geridə qoyur
Prezident
Administrasiyasının siyasi təhlil və
informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovla müsahibə
- Azərbaycan
ildən-ilə iqtisadiyyatın rəqabətqabiliyyətliliyini
artırır. Bu fakt qlobal rəqabətqabiliyyətlilik üzrə
hesabatlarda əksini tapmışdır. Qlobal Rəqabətqabiliyyətlilik İndeksi nədir və o
hansı məqsədlə formalaşır?
-
Hər şeydən əvvəl, qeyd etmək
lazımdır ki, Dünya
İqtisadi Forumunun (World Economic Forum) Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi (The Qlobal Competitiveness Index) şirkət rəhbərləri
arasında qlobal sorğunun
nəticələrinin və xüsusi statistik məlumatların kombinasiyasına əsaslanan
qlobal və
ən nüfuzlu tədqiqatdır.
İndeks - dövlətlərin iqtisadi sahədə dövlət siyasətinin
səmərəliliyini, həyat səviyyəsini, artım tempini və s. dəyərləndirən
110 parametr üzrə göstəricilərə
uyğun bölgüsüdür.
Həmin tədqiqatın
nəticələrinə görə dünya
ölkələrinin iqtisadi rəqabətqabiliyyətlilik
göstəricisi üzrə reytinqi tərtib
edilir. Qeyd etmək lazımdır ki, bu və ya digər ölkəyə münasibət təkcə
onun iqtisadi sahədə
əhalinin rifah halının yüksəldilməsinə
istiqamətlənmiş uğurlarına əsaslanmır, bu, beynəlxalq biznesin
nümayəndələrinin həmin ölkəyə
münasibətdə yekdil fikridir. Ona görə ki, indi Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi 140-dan artıq ölkənin 14 min biznes lideri
arasında aparılan sorğunun nəticələrinə
əsaslanır.
Bir faktı qeyd etmək maraqlıdır ki,
analoji tədqiqatlar ənənəvi olaraq işgüzar dairələri
cəlb etmişdir, lakin
məhz 2004-cü ildən bəri
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi dünyanın müxtəlif
ölkələri üzrə rəqabətqabiliyyətlilik
göstəricilərinin
daha dolğun kompleksidir.
Qeyd etmək lazımdır ki, ekspertlər arasında menecment
sahəsində Klaus
Şvab, Maykl Porter kimi məşhur simalar
vardır. Bu isə sorğuya
daha böyük nüfuz qazandırır.
Həmin
tədqiqatın əhəmiyyəti onun zəruriliyindədir
- iqtisadi inkişaf və
rəqabətqabiliyyətlilik yolunda maneələri
aradan qaldırmağa çalışan istənilən
dövlət bu sənəddən iqtisadi siyasətin xüsusi
zonalarının analizi, eləcə də
davamlı iqtisadi inkişafın
planlaşdırılması
üçün vasitə kimi istifadə edir. Başqa sözlə,
bu sahədəki ekspertlərdən birindən
sitat gətirərək demək olar ki, Qlobal
Rəqabətqabiliyyətlilik İndeksi hər
bir dövlət üçün,
hər şeydən əvvəl, "bençmarkinq
aləti"dir.
Qeyd etmək
lazımdır ki, Azərbaycan
iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin
artmasını qlobal rəqabətqabiliyyətlilik
üzrə hesabatlara əsasən
asanlıqla izləmək olar: 2010-2011-ci
illərdə Azərbaycan 57-ci yeri,
2011-2012-ci illərdə - 55-ci yeri,
2012-2013-cü illərdə 46-cı yeri tutmuşdur, 2013-2014-cü illər üzrə hesabatda
isə ölkəmiz
39-cu yerə yüksəlmişdir.
Qlobal Rəqabətqabiliyyətlilik
İndeksini araşdıraraq, ilk növbədə,
ölkələrin fəaliyyətinin
makroiqtisadi parametrlərini və maliyyə
bazarlarının vəziyyətini xarakterizə edən tərkib hissələrin qiymətinin dəyişməsi yolu
ilə müasir qlobal
iqtisadi
uyğunsuzluqların həmin ölkələrin mövqeyinə təsirini qeyd etmək olar. Məsələn,
İndeksin liderlər beşliyinə
İsveçrə, Sinqapur, Finlandiya, Almaniya və
ABŞ daxildir. Bununla
belə, bəzi parametrlərə görə hətta bu ölkələrdə də gerilik müşahidə olunur.
Məsələn, Almaniyanın əmək bazarının çevikliyi çatışmır (o, 113-cü yerdədir), ABŞ-da
isə ağır ümumi iqtisadi vəziyyət və makroiqtisadi
zəiflik hələ də hökm sürür (117-ci yer).
- Azərbaycan
MDB ölkələri arasında ən rəqabətqabiliyyətli
iqtisadiyyatı olan ölkə titulunu adına yazdıraraq, 2013-2014-cü illər üzrə dünya iqtisadiyyatlarının illik reytinqində mövqeyini
əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışdır. Bu
qədər yüksək nailiyyətlərin əldə
olunmasına hansı amillər
təsir etmişdir? Həmin qiymət nəyi
ifadə edir ?
- Şübhəsiz, rəqabətqabiliyyətliliyin
artması onu əyani şəkildə göstərir ki, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, şaxələndirmə siyasəti sayəsində iqtisadi-siyasi
dividendlər qazanır. Göründüyü kimi, nüfuzlu
beynəlxalq təşkilatlar etiraf edirlər
ki, Prezident İlham Əliyevin enerji
resurslarından asılılığın
azaldılmasına, innovasiyalı və ya
başqa sözlə
"ağıllı" iqtisadiyyatın yaradılmasına
yönəlmiş siyasəti,
"qara qızıl"ın intellektual kapitala
çevrilməsi aşkar görünən, gözəçarpan
və real nəticələr verir. Milli iqtisadiyyatın şaxələndirilməsi
siyasəti nəticəsində bu ilin ilk yeddi
ayında qeyri-neft
sektoru daha 10 faiz artmışdır.
Dünya İqtisadi Forumunun
hesabatı ilə tanış olaraq qeyd etmək olar ki, geniş əhatəli iqtisadi siyasət
yürütmək, amillərin bütün spektrini və
onların arasındakı qarşılıqlı əlaqələri
nəzərə almaq
iqtidarında olan ölkələrin
iqtisadiyyatlarının rəqabət
qabiliyyəti daha
yüksəkdir.
2013-cü ildə
bir çox
aparıcı iqtisadiyyatlar
aşağı düşmüşdür.
Braziliya 48-ci yerdən 56-cı, Hindistan 59-cu yerdən 60-cı, CAR 52-ci yerdən
53-cü yerə enmişdir.
Ənənəvi
güclü iqtisadi sistemi olan ölkələrin
fəallığının bu cür enməsinə baxmayaraq,
son onilliklərdə şaxələnmiş
iqtisadi struktura malik ölkə olan Azərbaycan mövqeyini
yaxşılaşdırmış və dünyanın 148
ölkəsi arasında 39-cu yeri tutmuşdur.
2012-2013-cu
illərin hesabatı ilə müqayisədə Azərbaycanın
vəziyyətinin 7 bənd, 2010-2011-ci illərin hesabatı ilə
müqayisədə isə 16 bənd
yaxşılaşması Prezidentin iqtisadi və sosial siyasətinin
səmərəliliyini və uğurlarını, milli rəqabətqabiliyyətliliyin möhkəmlənməsini, ölkənin və onun
təsisatlarının iqtisadi artımın
sabit tempini təmin
etmək qabiliyyətini əks etdirir. Bu amillər sosial-iqtisadi siyasətin təkmilləşdirilməsi və ölkənin sürətli
innovasiyalı inkişafı yolu ilə əldə edilir.
Hər bir ölkənin dünya iqtisadi sistemində layiqli yer tutmaq hüququ uğrunda sərt iqtisadi qlobal rəqabətin
artması şəraitində bu ədalətli
qiymətin əhəmiyyəti daha da artır.
- İndeksdən
göründüyü kimi,
Azərbaycan postsovet
məkanından kənarda da bir sıra ölkələri xeyli
qabaqlayır.
- Tamamilə doğrudur. Hələ bir neçə il bundan əvvəl biz ən rəqabətqabiliyyətli 50 iqtisadiyyatlar
siyahısına daxil olmağın mümkünlüyünü müzakirə
edirdiksə, bu gün
Azərbaycan Prezidentinin sayəsində
artıq dünyanın 40 ən səmərəli iqtisadiyyatları
siyahısındayıq.
Ölkəmizin
irəli sürdüyü qlobal
geoiqtisadi təşəbbüslər,
1.200 000-dən artıq yeni iş yerlərinin
yaradılması, yoxsulluq səviyyəsinin
46 faizdən 6 faizə endirilməsi, respublika
vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə
və mütəmadi artırılması, çoxsaylı infrastruktur
layihələri, ölkəmizin nəqliyyat
yollarının şaxələndiyi məkana çevrilməsi,
yol infrastrukturunun əhəmiyyətli
dərəcədə yaxşılaşdırılması,
idarəçilərin yeni kreativ sinfinin
yaradılması - bu, Prezidentin gələcək
üçün
formalaşdırdığı tədbirlər portfelidir.
Rəqəmlərin
dili ilə desək, qeyd
etmək olar ki, son on il
ərzində milli büdcə 19 dəfə
artmışdır. Cənubi Qafqaz
iqtisadiyyatının 75 faizini məhz bizim ölkəmiz formalaşdırır. İqtisadiyyata 138 milyard dollardan artıq sərmayə qoyulmuşdur.
Əhalinin gəlirləri 6,9 dəfə, pensiyalar
8,6 dəfə, məvaciblər
isə 6,3 dəfə artmışdır.
Bu gün
Azərbaycan MDB-də ən rəqabətqabiliyyətli reytinq üzrə növbəti ən yüksək rəqabətqabiliyyətli
ölkə olan
Qazaxıstanı 11 bənd geridə qoyur.
Eyni zamanda, Cənubi Qafqaz regionu üzrə ən yaxın
qonşularımız olan Gürcüstan
və Ermənistan, müvafiq olaraq, bizdən 33 bənd və 40 bənd geridir.
Xüsusi vurğulamaq
lazımdır ki, Qlobal
Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan
Şərqi Avropanın bütün
ölkələrini, eləcə də İtaliya
da daxil olmaqla bir sıra inkişaf etmiş ölkələri
qeyd-şərtsiz geridə qoyur. Bundan başqa, Dünya İqtisadi Forumunun reytinqində Çindən başqa bütün
BRİCS (Braziliya, Rusiya,
Hindistan, Çin, Cənubi
Afrika Respublikası) üzvü olan ölkələr arasında Çindən
başqa bütün
ölkələri qabaqlayır.
Lakin Dünya İqtisadi Forumunun reytinqi Azərbaycan
iqtisadiyyatının artan
inkişafını əks etdirən yeganə hesabat
deyildir - bu
yaxınlarda "Fitch Ratings",
"Standard & Moody's" beynəlxalq reytinq
agentlikləri də Azərbaycanın kredit
reytinqini
yaxşılaşdırmışdılar ki,
bu da aparılan
islahatların uğurlu
göstəriciləridir.
Qeyd etmək
lazımdır ki, dünya
maliyyə-iqtisadi böhranı və qiymət rəqabətinin
artması ilə əlaqədar qlobal iqtisadi fəallığın
azalmasını nəzərə alsaq,
ölkəmizə verilən bu cür yüksək
qiymətlər xüsusilə aktualdır.
- İndeks bütövlükdə Azərbaycana
nə verir?
- Bu suala İndeksin
əsasını qoyanlardan biri, Kolumbiya Universitetinin professoru Ksavye Sala-i-Martinin sözlərini
sitat gətirməklə cavab
vermək olar. O deyirdi
ki, Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi milli
iqtisadiyyatların rəqabət qabiliyyətlərini formalaşdıran
uzunmüddətli meyillər haqqında təsəvvür
yaradır. Bunu nəzərə alsaq, həmin İndeks milli iqtisadiyyatları təhlil edir,
həm sərmayədarlar, həm də yerli
sahibkarlar üçün
ən əlverişli şərait yaradır, onlar
milli iqtisadiyyatın inkişaf
perspektivlərinə zəmanət alırlar.
Bütövlükdə, İndeks təkcə
bu gün üçün nəzərdə
tutulmamışdır, o həm də
dövlətin və cəmiyyətin gələcək inkişaf perspektivlərini təhlil etmək və
proqnozlaşdırmaq üçün zəmin
yaradır.
Buna görə
də, Azərbaycanın Qlobal Rəqabətqabiliyyətlilik
İndeksindəki sanballı uğuru haqqında danışarkən qeyd etmək lazımdır ki,
Prezident tərəfindən qəbul olunmuş, milli
iqtisadiyyatın inkişaf vektorunu əks
etdirən, hakimiyyətin öz
qarşısına hansı məqsədləri qoyduğunu əhaliyə nümayiş
etdirən "Azərbaycan-2020: gələcəyə
baxış" proqramı böyük əhəmiyyət
kəsb edir.
Başqa sözlə, qərəzsiz
və nüfuzlu tədqiqatlarda təqdim olunan məlumatları əsas götürərək,
əminliklə demək olar ki, son on
ildə Prezident ölkənin səmərəli
gələcəyinin təməlini qoymuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 2.