Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

 

Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclasının iştirakçıları sentyabrın 9-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, Dövlət Bayrağı Meydanı, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 4.