«YARAT!» Müasir İncəsənət Məkanı Bakıda uşaqların yaradıcılıq sərgisini təqdim etmişdir

 

Müasir İncəsənət Muzeyində"YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə uşaqların yaradıcılıq sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, ekspozisiya oktyabrın  əvvəlinədək sənətsevərlərin ixtiyarında olacaqdır.

Tədbirdə "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova nümayiş olunan sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, sərgi "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən ustad dərslərinin nəticəsi olaraq açılmışdır. Sərgidə iştirak edən 5-12 yaşlı balacalar iki ay müddətində peşəkar rəssamların rəhbərliyi altında yaradıcı düşüncə tərzini, kompozisiya, keramika, kollaj, batika kimi texnikaları mənimsəmişlər.

Otuz uşağın iştirak etdiyi sərgidə müxtəlif mövzuları əhatə edən 100-ə yaxın əl işi sənətsevərlərin ixtiyarına verilmişdir.

Sonra sərginin iştirakçılarına xüsusi hədiyyələr təqdim olunmuşdur.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.-  S. 7.