Şamaxıya
qalalar da yaraşır, uğurlar da
Paytaxt istiqamətindən Şamaxı şəhərinə
girəndə möhtəşəm
qala kompleksi diqqəti cəlb etməklə yanaşı,
insanda qürur, əzəmət dolu duyğular oyadır.
Bəlkə də Şamaxı
şəhərinin dağlar
qoynuna sığınmış
panoramı olmasaydı,
bu qala və
qala divarları belə təsiredici görünməzdi. Tarixi boyu
istər yadelli işğalçılar, istər
daxili zülmkarlar tərəfindən, istərsə
də təbii fəlakətlərə görə
başı bəlalar
çəkmiş, daşı
daş üstə qalmamış qədim Şamaxıya qala çox yaraşır.
Ona da rast gəlmişik
ki, hansısa bir bölgədə zibilin qalaq-qalaq olduğu bir ərazidə ətraf infrastrukturla heç bir memarlıq uyğunluğu, təsir effekti olmayan yarımçıq qala divarı da hörürlər.
Şamaxıda olarkən öyrəndik ki, qala divarlarının tikintisi başa çatıb, ətrafda yaşıllıq salınıb,
abadlıq işləri
görülüb.
Qala divarlarının içərisində
yeni Etnoqrafiya muzeyi yaradılıb ki, bu da
çox təqdirəlayiqdir.
Muzeydə Şamaxının tarixi keçmişi ilə bağlı xeyli eksponat toplanıb.
2013-cü il
Şamaxı üçün
çox əlamətdar
başlayıb. Yazda dövlət başçısının
iştirakı ilə
bənzərsiz tarixi-memarlıq
abidələrindən olan
Şamaxı Cümə
məscidinin (əsaslı
yenidənqurmadan sonra),
sonradan genişləndirilərək
güclü idman bazasına çevrilmiş
Şamaxı Olimpiya Idman Kompleksinin, yenilənmiş Şamaxı
Astrofizika Rəsədxanasının
və digər obyektlərin açılışı
oldu. Dövlət başçısının bölgələrə səfəri,
insanlarla birbaşa ünsiyyəti, sakinlərin
arzu və təkliflərini yerindəcə
dinləməsi, mövcud
çətinliklərin aradan
qaldırılması üçün
tapşırıqlar və
tövsiyələr verməsi,
əlavə tədbirlərlə
bağlı sərəncamlar
imzalaması işgüzarlığı
artırır. Bu isə yeni inkişaf,
yeni iqtisadi yüksəliş deməkdir.
Şamaxıda yeni tikilən
obyektlərin geniş
siyahısı var. Beynəlxalq
standartlara uyğun uşaq incəsənət
məktəbi yaz aylarından istifadəyə
verilib. Şəhər 1 nömrəli uşaq
bağçası-körpələr evi yeni obyektlər
sırasındadır. FHN xətti ilə
şəhərin 20 Yanvar
küçəsində inşa
olunan beşmənzilli
yaşayış binası
öz sakinlərini qəbul edib. Muğanlı kəndində
sürüşmə nəticəsində
evləri qəzalı
hala düşmüş
sakinlər üçün
Meysəri kəndi ilə həmsərhəd
ərazidə 63 yeni ev tikilir.
İkinci Çaylı, Hacılı,
Böyük Xınıslı
və Cabanı kəndlərinin hər birində isə 80 şagirdlik məktəb binalarının tikintisi davam edir. Mədrəsə qəsəbəsində 380, Talışnuru, Hacıqədirli,
Şərədil kəndlərində
80 yerlik yeni binaların tikintisi üçün layihə-smeta
sənədləri hazırlanıb.
Amma rayonda olarkən onu da öyrəndik
ki, üç ildir tikintisi davam edən 80 şagirdlik İkinci Çaylı məktəbinin
inşaat işləri
heç bir əsas olmadan yubadılır. Təhsil Nazirliyinə müraciət
olunsa belə, məsələyə aydınlıq
gətirilməyib.
Bütövlükdə Şamaxı sürətlə inkişaf
edir. Şəhərdə xeyli abadlıq işləri görülüb.
Bütün küçələrdə piyada səkiləri yenilənib, ictimai, inzibati binaların, fərdi mənzillərin,
ticarət obyektlərinin
dam örtükləri dəyişdirilib,
fasad hissələri yenidən üzlənib, işıq, telefon xətləri, elektrik dirəkləri dəyişdirilib.
Küçə və yollara
asfalt-beton örtük
çəkilib.
Yoldan söz düşmüşkən qeyd
edək ki, Şamaxı rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə əlaqədar dövlət başçısının
sərəncamına əsasən
ayrılmış vəsait
hesabına Şamaxı-Avaxıl
avtomobil yolu çəkilir. 53 kilometrlik Şamaxı-Padar-Çöl
yolunun tikintisi də davam edir.
Şamaxı-Çuxuryurd-Qızmeydan yolu isə təmirdən sonra daha gözəl olacaq.
Rayonda olarkən əhalinin təbii qaz, içməli su və elektrik
enerjisi təminatı
ilə də maraqlandıq. Şübhəsiz, müəyyən işlər görülür.
Şamaxı şəhərinin 15-dən artıq küçəsində,
həmçinin Məlikçobanlı
kəndində qaz təchizatını yaxşılaşdırmaq
məqsədi ilə korroziyaya uğramış
qaz kəmərləri
yeni polad borularla əvəz edilib. Şəhərin 25A nömrəli massivi birpilləli sistem üzrə qazlaşdırılır. Digər yaşayış massivlərinin
qazlaşdırılması üçün layihələndirmə
işlərinə başlanılıb.
Birinci Çaylı, Quşçu, Laləzar, Çaylı və Çarhan kəndlərində
qazlaşdırma başa
çatıb. Göylərdə sayğaclar quraşdırılır,
Çarhan kəndində
isə əhaliyə təbii qaz verilib. Quşçu,
Laləzar, Aşkar və Birinci Çaylı kəndlərinə
təbii qazın verilməsi də nəzərdə tutulur.
Şamaxı şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri də davam edir.
45 kilometrə yaxın kanalizasiya, 40 kilometrə yaxın su xətləri çəkilib.
Əhalinin elektrik enerjisi təminatı ilə bağlı müəyyən işlər
görülsə də,
bəzi problemlər hələ qalmaqdadır.
Keçən əsrin 50-60-cı illərində yaradılmış
elektrik təsərrüfatının
yenidən qurulmasına
ciddi ehtiyac var. Buna görə tez-tez qəzalar olur, elektrik enerjisinin verilişində fasilələr
yaranır ki, bu da əhalinin
haqlı narazılığına
səbəb olur.
Belə getsə, Şamaxı kimi qışı sərt olan bir rayonda yaranacaq
gərginliyi indidən
təsəvvür etmək
əlaqədar təşkilatlar
üçün yəqin
ki, çətin olmaz.
Ötən əsrin 70-80-ci illərində Şamaxı
Azərbaycanın ən
böyük üzümçülük
rayonlarından biri olub. Bu sahənin inkişafı yenidən prioritetə çevrilib. "2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsindən sonra bu sahədə Şamaxı da yeni inkişaf dövrünü yaşayır.
Ötən il
rayonda 1530 hektar üzümlük olduğu
halda, bu il yeni plantasiyaların
salınması hesabına
1610 hektara çatdırılıb.
Digər ənənəvi
kənd təsərrüfatı
sahələri ilə
yanaşı, arıçılığa
da diqqət artırılıb, arı
ailələrinin sayı 4800-ü keçib.
Şamaxı həm də zəngin turizm bölgəsidir.
Rayonda turizm infrastrukturu genişləndikcə gələn
turistlərin də sayı artır. Hazırda bir beşulduzlu hotelin, yeni istirahət
mərkəzlərinin, turizm
obyektlərinin tikintisi
davam edir. Bütün bunlar isə həm də yeni iş
yerləri deməkdir.
Onu da qeyd
edək ki, 2003-cü ildən indiyə kimi 7139-u daimi olmaqla 9810 yeni iş yeri açılıb.
Elə bu ilin 6 ayında 232 daimi iş yeri
yaranıb. Şübhəsiz, sosial-iqtisadi uğurları
şərtləndirən amillərdən
biri də məhz əhalinin məşğulluğu məsələsidir.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 6.