O illər hara, bu günlər
hara
Bu günlər rayonun mərkəzindəki
Heydər Əliyev parkına getmişdim.
Yaşıllıqlar qoynunda çox
geniş sahəni əhatə edir. Hara
baxırsan, göz oxşayır, hər tərəf abad, yaraşıqlı, güllü-çiçəkli...
Səfalı bir güşədə
Heydər Əliyev Mərkəzi inşa edilib. İşıqlı-yaraşıqlı sərgi salonunda,
rəsm qalereyasında
maraqlı, məzmunlu
eksponatlara baxıram.
Bəri başda sənədli filmlərin nümayişi üçün
monitor qurulub. Hər yaşdan
olan adamların istirahəti üçün
müvafiq şərait
yaradılıb. Tarix diyarşünaslıq
muzeyi, dil kursları otağı, kafe, çay evi inşa edilib.
Müasir üslubda işıqlandırma
sistemi qurulub. Ən baxımlı yerdə ulu öndərin heykəli ucalır. Yaxınlıqda isə YAP rayon təşkilatı
üçün yaraşıqlı
bina inşa edilir. Hara baxırsan
ulu öndərin keşməkeşli həyat
yolu, müqəddəs
əməlləri göz
önündə canlanır.
Neçə vaxtdır Heydər parkı and yerinə, ziyarət mərkəzinə çevrilib.
Müstəqilliyimizin banisi, müasir
Azərbaycanın memarı
ulu öndər Heydər Əliyevə bu ehtiram, bu
məhəbbət heç
də təsadüfi deyil. Bir zaman diqqətdən
kənar qalan Samuxun müstəqillik işığında dirçəlişi,
yüksəlişi ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Əvəllər bizim bölgə
keçmiş Xanlar (indi Göygöl adlanır) rayonunun ucqar ərazisi sayılırdı. Xanlarda da ən imkanlı,
ən ixtiyarlı vəzifələri namərd
qonşular tutmuşdular.
Digər
qəsəbə və
kəndlərə onlar
ögey gözü ilə baxırdılar.
O qədər narahatlıq,
nigaranlıq yaradılmışdı
ki, Samux ayrıca rayon olanda da bir müddət
özünə gələ
bilmədi. Düşündükcə istər istəməz
o qanlı-qadalı günlər
yada düşür.
Azərbaycan sözün tam mənasında
parçalanıb məhv
olmaq ərəfəsində
idi. Sonra da müdhiş oktyabr-mart hadisələri,
dövlət çevrilişinə
açıq və gizli cəhdlər, silahlı qarşıdurmalar,
qardaş qırğınları,
daxili və xarici düşmənlərin
aramsız təzyiqləri...
Hər yerdə vəziyyət belə idi. Yeni yaranmış Samux
rayonu isə bu sahədə ən mürəkkəb bölgələrdən biri
sayılırdı. Hərc-mərclik, xaos hər yanı
bürümüşdü. Silahlı qüvvələr hakimiyyət
uğrunda açıq,
amansız mübarizə
aparırdı. Təbiətin bu səfalı guşəsi qan çanağına dönmüşdü.
Haqq-ədalət, qayda-qanun, böyük-
kiçik itmişdi.
Təkcə Samuxda ilk
dörd il
ərzində icra hakimiyyətinin başçısı
6 dəfə dəyişildi.
Bu müddət ərzində
7 dəfə polis rəisi,
3 dəfə prokuror,
8 dəfə kənd təsərrüfatı idarəsinin
rəisi vəzifəni
tərk etməli oldu. Silahlı quldur dəstələri
hər yanda at oynadırdı. Günün günorta
çağı qətllər,
qarətlər, basqınlar
insanları sarsıdırdı.
Vəziyyət o yerə
çatmışdı ki,
RİH-in 2 başçısı həbs edildi, 2 prokuror vəzifə başında qətlə
yetirildi, hətta polis
rəisi qaçıb
gizləndi...
Samux milli müstəqilliyə
bax, bu cür
əzablı, iztirablı
yollarla gəlirdi.
Bu müdhiş
günlərdə ölkəyə
xilas yolunu ulu öndər Heydər Əliyev göstərdi. Xalqın gücünə-qüdrətinə arxalanan polad iradəli, sərkərdə
qüdrətli, dünya
şöhrətli Heydər
Əliyev ən ağır sınaqlara mətanətlə qalib gəldi, bütövlükdə
Azərbaycanı, eləcə
də Samux rayonunu hər cür bəlalardan biryolluq xilas etdi, müstəqil inkişaf, milli tərəqqi yoluna çıxartdı.
Bu müstəqilliyin işığında bir-birindən
dəyərli islahatlar
həyata keçirildikcə
bizim Sərkər kəndinin də siması tədricən dəyişilməyə başlanıldı.
Əvvəlcə əmlak özəlləşdirildi,
torpaq öz sahibinə verildi, yerli özünüidarəetmə
orqanları olan bələdiyyələr yaradıldı.
Beləliklə, həyat öz
təbii axarına düşdü. Müstəqil dövlətimizin qayğı
və köməyinə
arxalanaraq özümüz
öz problemlərimizi
həll eləməyə
başladıq.
Kəndimiz əsl taxıl məskənidir.
Gəl ki, suyu az olduğuna görə kifayət qədər məhsul götürə
bilmirdik. Neçə
ildən bəri baxımsız qalan Xan arxı az qala sıradan
çıxmışdı. Ona görə də əvvəl məhz bu mühüm işdən başladıq.
Xeyriyyəçilərin və suvarma
sistemləri idarəsinin
köməyinə arxalanaraq
arx sahmana salındı. Bununla yanaşı,
artezianlar işləməyə
başladı. Sahibsiz qalan
su mənbəyinin istifadəyə verilməsi
təzə yaranan bələdiyyəyə ilk uğur
gətirdi. Sonra da sistemli surətdə digər problemlərin həllinə başladıq.
Bəs vəsait hardan əldə edilsin? Bir xeyli
götür-qoy etdik.
Verilən səlahiyyətlərə uyğun araşdırmalar
apardıq. Öncə boş-boşuna
axıb gedən mineral
su mənbəyi yada düşdü.
"Sarvan" MMC yaradıldı. Suyun qablaşdırılıb
satışı təşkil
edildi. Alınan vəsait isə
tədricən müəyyən
işlərin görülməsinə
yönəldildi. Bundan savayı,
bələdiyyəyə ayrılan
torpaq sahəsindən
səmərəli istifadə
üçün təcrübəli
təsərrüfatçılarla birlikdə tədbirlər
planı hazırladıq.
Az-çox vəsait əldə
edilən kimi küçələr, yollar
qismən təmir edildi, gül-çiçək
əkildi, ağaclara qulluq göstərildi.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramının icrası
ilə əlaqədar
olaraq hər il azı
bir layihə həyata keçirilməyə
başlanıldı.
Amma bir məsələ
bizi daha çox narahat edirdi. Kəndarası yolların sağında və solunda kol-kos cərgələndiyi
üçün həm
gözəlliyə xələl
gətirir, həm də gediş-gəliş
çətinləşirdi. Buna görə də
kütləvi iməciliklər
keçirməyi qərara
aldıq. Kol-kos təmizləndi,
səkilər, piyada yolları düzəldildi,
gül-çiçək əkildi,
ağaclara qulluq göstərildi. Tədricən işlərin həcmi genişləndi və növbəti dəfə daha böyük bir layihənin həllinə girişdik.
Kəndin əsas küçələrində
əyri-üyrü barılar
təmir edildi, müasir üslubda istinad divarları tikildi. Sonra da bütün
divarlar yüksək zövqlə rəngləndi.
Kəndin ara
küçələrini də
nəzərə alsaq,
təqribən bütün
ərazilər tamamilə
yeni görkəm aldı. İndi baxırsan, sanki
yaraşıqlı bir
qəsəbədir. Hər tərəf
göz oxşayır.
Sosial problemlər, camaatımızın məişəti
bizi daim düşündürür.
Götürək kənd məzarlığını.
Bəlli
olduğu kimi, qəbiristanlığın mühafizəsi
də yerli bələdiyyələrə həvalə
olunub. Kəndimizdə bu
sahədə xeyriyyəçilərin
köməyi ilə xeyli işlər görülüb. İndi illər
boyu baxımsız qalan məzarlıqlar xiyabanlara, xatirə parklarına bənzəyir.
Son vaxtlar isə
kənd sakinlərinin
köməyi ilə
"Ailəvi istirahət
mərkəzi" yaratmışıq.
Eyni zamanda, imkanlı adamların maddi dəstəyi hesabına bir neçə yerdə ticarət, iaşə obyekti tikilib. Mədəniyyət evinin binası
da əsaslı təmir olunub.
Müstəqilliyin bir önəmli
cəhətini xüsusi
vurğulamaq istəyirəm.
Əvvəllər bir qarış
torpaq üstündə
inzibati orqanlar tərəfindən gecə-gündüz
çək-çevirə tutulan insanlar indi torpağın əsl sahibinə çevriliblər. Təkcə
bizim kənddə 1500
nəfərə pay torpaq
verilib. Kim nə
istəsə əkir,
biçir öz güzəranını təmin
edir. Oğul-uşağı
oxutdurur, ev
tikir, təsərrüfat
yaradır. Ona görə də bir zaman iş
üçün , çörək dalınca yaxın-uzaq ölkələrə gedənlər
qayıdıb gəlir, dədə-baba
torpağında özünə
yurd-yuva qururlar.
Samuxun çörəyi boldur. Bir sıra
ərzaq məhsulları
ilə özü-özünü
təmin edir. Son 5 ildə rayon üzrə
ümumi daxili məhsulun həcmi 4 dəfə artıb.
Yeni səhiyyə, mədəni-maarif müəssisələri
tikilib, şəhid ailələri və Qarabağ əlilləri üçün mənzillər,
evlər inşa edilib, neçə-neçə
idarə və müəssisə müasir
quruluşlu təzə
binalara köçüb,
Samux-Gəncə yolunun
üstündə sanki
yeni şəhər salınıb, hər kənddə, hər qəsəbədə misilsiz
işlər görülüb.
Bir sözlə, Samuxu tanımaq olmur. Bir vaxt sadə bir qəsəbə adını daşıyan
bu məkana şəhər statusu verilib.
Bu günsə Samux şəhəri tərəqqi yolundadır.
Baxdıqca düşünürsən, o illər hara, bu günlər hara?! Bütün bunlar ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
milli müstəqilliyin
bəhrəsidir. Əbəs deyilmir
ki, müstəqillik Azərbaycan xalqının
ən böyük sərvətidir. Bu sərvətə görə
isə ulu öndər Heydər Əliyevə borcluyuq.
Şəmistan
YUSİFOV,
Samux
rayonu Sərkər kənd bələdiyyəsinin
sədri
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 6.