Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Sentyabrın
9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 3 sentyabr 2013-cü il tarixli iclasının protokolu
təsdiq edilmişdir.
Sonra Zahid
Məhərrəm oğlu Orucun
prezidentliyə öz təşəbbüsü
ilə irəli sürülmüş
namizədliyinin qeydə alınması barədə məsələyə
baxılmışdır. Qeyd olunmuşdur ki, seçkilərdə
namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu
Orucun namizədliyi Mərkəzi Seçki Komissiyasının 17 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Namizədin
müdafiəsi üçün toplanmış seçici imzaları
olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 3-də
namizədin səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün MSK-ya təqdim
edilmişdir. Qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparılmış, namizədin qeydə
alınması üçün əsasların
olması müəyyən edilmişdir.
Sonra MSK-nın nəzdindəki
işçi qrupunun rəhbəri
İlham Məmmədov təqdim olunmuş imza vərəqələrinin
və digər sənədlərin yoxlanılmasının nəticələri
barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası Zahid Orucun 2013-cü
il oktyabrın 9-na təyin edilmiş prezident
seçkilərində namizəd kimi qeydə
alınması barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası Zahid Oruc tərəfindən
təqdim edilmiş 6 nəfəri onun səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır. İclasda cari məsələlərə
də baxılmışdır. MSK-nın iclasında beynəlxalq
qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 4.