Namizədliyi
öz təşəbbüsü ilə
irəli sürülmüş Zahid Məhərrəm oğlu
Orucun 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹ 24/137
2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Zahid Məhərrəm oğlu
Orucun namizədliyi Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 17 avqust 2013-cü il tarixli 15/94 saylı qərarı
ilə təsdiq
edilmişdir.
Namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 3-də namizədin səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 58, 59, 60 və 182-ci
maddələrinə əsasən qərara alır:
1. Namizədliyi
öz təşəbbüsü ilə
irəli sürülmüş Zahid Məhərrəm oğlu
Oruc 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.09.2013
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 4.