2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizəd kimi qeydə
alınmış Zahid Məhərrəm oğlu Orucun səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹ 24/138
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Azərbaycan Respublikasının
Prezidentliyinə namizəd kimi qeydə
alınmış Zahid Məhərrəm oğlu Oruc səlahiyyətli
nümayəndələr təyin etmiş
və həmin şəxslərin qeydə alınması üçün müvafiq
sənədləri
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin
şəxslərin qeydə alınması üçün
əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü
və 53-cü maddələrinə əsasən qərara
alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
namizəd kimi qeydə alınmış Zahid Məhərrəm oğlu
Orucun səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
- İlqar Arif oğlu Kərimov
- Elnur
İsmayıl oğlu İspanov
- Ərəstun Əli oğlu Baxşəliyev
- Vasif Lətif
oğlu Əliyev
- Laçın Məmmədəli
oğlu Abasov
- Elçin Elbəyi
oğlu Həsənov
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.09.2013
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 4.