Moskvada «Azərbaycan tarixinin 10 ili:
2003-2013-cü illər» kitabı çapdan
çıxmışdır
Sentyabr ayında Rusiya
Federasiyasının paytaxtında Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin
"Azərbaycan tarixinin 10 ili: 2003-2013-cü illər" kitabı çapdan çıxmışdır. Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən
AzərTAc-a bildirmişlər ki, kitab müəllif tərəfindən bir ildən çox Azərbaycanda
və Rusiyada aparılan tədqiqatların
nəticəsidir.
Beş fəsildən
ibarət nəşrdə əsası ulu öndər
Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən Prezidentliyi dövründə qoyulmuş
dövlətçilik bünövrəsi üzərində
Azərbaycanın müstəqil daxili və
xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla,
xüsusən
Avropa ilə enerji təhlükəsizliyi
istiqamətində əməkdaşlığı,
Dağlıq Qarabağ münaqişəsi,
həmçinin Prezident İlham
Əliyevin uğurlu sosial-iqtisadi
islahatları təhlil edilmişdir.
Kitabın
birinci və ikinci fəsillərində
"Əsrin müqaviləsi" və Xəzərin sektorlara bölünməsi", "Yeni nəqliyyat infrastrukturunun
yaradılması, enerji strategiyasında qaz-neft faktoru",
"Dövlət neft şirkəti -
şəffaflıq şərtlərində
yatırımlar", üçüncü
fəslində "İqtisadi fəaliyyətin
liberallaşdırılması, kiçik
və orta sahibkarlığa dəstək",
"İnformasiya və kommunikasiya
texnologiyaları", "Gələcəyə baxış
- Azərbaycan-2020", dördüncü
fəslində "Qloballaşma
dövründə Azərbaycanın xarici
siyasətinin oriyentasiyası", "Həllini gözləyən
Dağlıq Qarabağ münaqişəsi",
"Dünya birliyində
özünümüəyyənetmə", "Rusiya, Amerika Birləşmiş
Ştatları, NATO və Avropa
İttifaqı Cənubi Qafqaz siyasətinin
mərkəzində", "İslam
dünyası ilə əlaqə - praqmatizm
və balans", beşinci
fəslində isə "Yeni siyasi məkan və müasirləşdirilmə",
"Yaradıcı gənclər Azərbaycanın
inkişafının generatorudur"
mövzuları əksini tapmışdır.
Rus dilində nəşr olunmuş kitab Azərbaycanda
və Rusiya Federasiyasında satış üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzi kitabın nəşr
olunmasına akademik dəstək göstərmişdir.
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.