Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona

 

Hörmətli Emoməli Şərifoviç!

 

Sizi Sizin şəxsinizdə bütün Tacikistan xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Tacikistan dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi mexanizmlərin təkmilləşdirilməsi, xalqın rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir.

Əminəm ki, xalqlarımız ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri bundan sonra da Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsinə şərait yaradacaqdır.

Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik uğurlar, Tacikistan xalqına isə sülh firavanlıq arzu edirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 1.