2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Fövqəladə Hallar NazirliyiRusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün Kompleks Əməkdaşlıq Planı»nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Fövqəladə Hallar NazirliyiRusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün Kompleks Əməkdaşlıq Planı" təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Kompleks Əməkdaşlıq Planının müddəalarının həyata keçirilməsini təmin etsin.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 1.