Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On min nəfər əhalinin
yaşadığı 4 yaşayış məntəqəsini
birləşdirən Əsgərabad-Muğan avtomobil
yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin
olaraq 2,0 (iki) milyon
manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 7 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 1.