XƏZƏR -
abadlıq və quruculuğun möhtəşəm
ünvanı
Qədim
tarixə, zəngin ənənə və dəyərlərə
malik Azərbaycan xalqı Xəzərin
sahilində böyük amfiteatrı
xatırladan əzəmətli paytaxtına - Bakı şəhərinə
ülvi hisslərlə
yanaşmışdır. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş və ciddi
elmi əsaslara söykənən sosial-iqtisadi
strategiya bu gün keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur.
Bakıya daxilən bağlı olan,
onu milli kimliyimizin və varlığımızın
rəmzi kimi sevən Prezident
İlham Əliyev şəhərin milli uslübda inkişaf etməsi, təmizliyi, gözəlliyi,
müasirliyi ilə göz
oxşaması üçün əlingən
gələni əsirgəmir.
"Biz xalq üçün
işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları
vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını
görsünlər, bunu gündəlik həyatlarında
hiss etsinlər" deyən dövlət
başçısı bu məqsədə
xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər
üzərində reallaşdırır, davamlı yüksəlişi
təmin etmək üçün ölkənin
daxili potensialından səmərəli
şəkildə bəhrələnməyi
tapşırır.
İnkişaf
davamlı hal alıb
Bu gün
paytaxt Bakı şəhəri ilə
yanaşı, Azərbaycanın bütün
şəhər, rayon və qəsəbələrində
abadlıq-quruculuq işləri gedir. Prezident İlham Əliyev mütəmadi olaraq Bakının rayonlarında və qəsəbələrində
olur, görülən tədbirlərlə,
həyata keçirilən quruculuq və
abadlıq işləri ilə yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı ilə bağlı həyata keçirilən
dövlət proqramı isə uğurla davam etdirilir. Bu istiqamət üzrə Xəzər rayonunda da görülən
işlər xüsusi əhəmiyyət
kəsb edir. Abşeron
yarımadasının şimal-şərqində yerləşən
Xəzər rayonunun ərazisi qədim
yaşayış məskənlərindən hesab
olunur. Bu günə gəlib
çatan bir sıra dünya, eləcə də ölkə əhəmiyyətli
tarixi abidələr ərazidə qədim
yaşayış məskənlərinin
salındığını sübut edir. Dövrümüzə gəlib çatan qayaüstü rəsmlər,
yaşı eramızdan əvvəl hesablanan
kurqanlar, qəbirstanlıqlar,
tarixi-memarlıq abidələri, qalalar,
tikililər, türbə və məscidlər ərazinin qədim
mədəniyyətə malik olduğunu təsdiqləyir. Təkcə Qala tarix-etnoqrafiya qoruğunun ərazisində 234-ə yaxın həyət,
məscid və hamam vardır. Abşeron yarımadasının səfalı
guşəsində yerləşən Xəzər rayonu neft rayonu
kimi də tanınır. Rayonda
9 qəsəbə (Şüvəlan, Şağan,
Buzovna, Mərdəkan, Qala,
Gürgan, Zirə, Türkan,
Binə) və 9 bələdiyyə mövcuddur.
Yerli əhali əsasən azərbaycanlılar
olsa da, burada ləzgi, rus və başqa xalqların nümayəndələri
də yaşayır.
Dinamik inkişafın nəticəsi
olaraq simasını dəyişən
Bakının rayon və qəsəbələrində
aparılan quruculuq, yenidənqurma işləri
bu gün də davam etməkdədir. Bu dəyişikliklər
Xəzər rayonunda da
yüksək səviyyədə gözə
çarpmaqdadır.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2013-cu ilin birinci yarımilində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr
edilmiş iclasında qeyd edilmişdir ki, ötən
dövrdə Azərbaycanda umumi daxili məhsul 5
faiz, qeyri neft sektorunun
inkişafı 11 faiz, əhalinin pul gəlirləri 7 faiz, kənd təsərrüfatında
5 faiz artmışdır. İşsizliyin
səviyyəsi azalmış, yoxsullugun səviyyəsi
10 faizdən aşagı olmuşdur. İnfilyasiya birrəqəmli səviyyədə
qalmışdır.
Yenidənqurma
və abadlıq işləri rayonun
simasını dəyişib
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər
Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi
inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma
işləri Xəzər rayonunda da uğurla həyata keçirilir. Rayonda tikinti
və quruculuq işləri davam etdirilmiş,
küçə və meydanlar, parklar abadlaşdırılmış,
ayrı-ayrı ictimai binalarda,
əsas yollarda, qəsəbədaxili
küçələrdə təmir işləri
aparılmış və yenidən qurulmuş,
su və kanalizasiya
sistemləri yeniləşdirilmiş,
yeni xidmət və istehsal
müəssisələri, bir sıra
sosial-mədəni obyektlər tikilərək əhalinin
istifadəsinə verilmişdir.
Buzovna-Şağan-Mərdəkan-Şüvəlan
və Qala-Pirallahı magistral yollarının yenidənqurulması
ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici
görünüşə xələl gətirən qeyri-qanuni tikililər sökülür.
Hazırda həmin ərazidə Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi
haqqında fərmana müvafiq olaraq işlər davam etdirilir. Hesabat dövrundə
rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür.
Gürgan qəsəbəsində 12 min kvadratmetr, Buzovna qəsəbəsində
42 min 600 kvadratmetr,
Şüvəlan qəsəbəsində 38 min
kvadratmetr, Buzovna-Mərdəkan-Şüvəlan
yeni magistral yolunda 7,6 kilometr,
Qala-Pirallahı magistral yolunda
10 kilometr, Şüvəlan mərkəzi
Almaz İldırım küçəsində
17 min kvadratmetr asfalt işi görülmüşdür.
Umumilikdə rayon üzrə keçən
dövrdə icra hakimiyyəti tərəfindən
13 kilometr, dovlət proqramı çərçivəsində
isə 19,3 kilometr olmaqla
cəmi 32,3 kilometr yeni
asfalt örtüyü
salınmışdır. Qaz təchizatı
ilə baglı hesabat dövründə rayonun qaz istismar
idarəsi tərəfindən əhalinin təbii qazla təminatının
yaxşılaşdırması
istiqamətində müvafiq işlər
görülmüşdür. Rayonun 9 qəsəbəsində 311 min 376 paqonmetr qaz xətti çəkilmiş və dəyişdirilmişdir.
Elektrik enerjisi təchizatı sahəsində rayonun Enerji Təchizatı
və Satış İdarəsi tərəfindən əhalinin
elektrik enerjisi ilə
təchizatını yaxşılaşdırmaq məqsədilə
rayon ərazisində 13 ədəd yeni transformator məntəqəsi
quraşdırılmış, 50 ədəd cərəyan transformatoru və 9 ədəd güc
transformatoru dəyişdirilmiş, 371 ədəd transformator təftiş olunub,
təmizlənib və cari təmir olunub, Xəzər
Sukanal Departamenti tərəfindən
ümumilikdə Dövlət Proqramı çərçivəsində
12 min 850 paqonmetr su xətti, 5550 paqon metr məhəllədaxili su
xətləri çəkilmiş, müxtəlif ölçülü
362 paqonmetr istismara
yarasız su boruları dəyişdirilmiş,
bunun da 109 paqonmetri binaların zirzəmisində istismara tam yararsız vəziyyətdə
olan su xətlərinin
yenisi ilə əvəzlənməsinə
sərf edilmişdir. Əhalinin su təminatını
yaxşılaşdırmaq məqsədilə 35 ədəd su nasosları
quraşdırılmış, 62 ədəd su nasosu təmir edilmiş, 75 ədəd
su quyusunda təmir
işləri aparılmışdır.
Əhaliyə
göstərilən tibbi xidmətin müasir səviyyədə həyata
keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara
nümünəvi xidmət məqsədilə
tibb müəssisələrinin maddi-texniki bazası xeyli
genişləndirilmişdir.
Səhiyyə sahəsi üzrə
26 saylı Birləşmiş şəhər xəstəxanasının,
36 saylı Pulmanoloji uşaq
sanatoriyasının əsaslı təmiri başa
çatdırılmış, avadanlıq və inventarlarla təchiz olunaraq
istifadəyə verilmişdir. Buzovna qəsəbəsində
Respublika Uşaq Sanatoriyasının
əsaslı təmiri, professor Gindes adına uşaq
sanatotiyasının və 7 nomrəli Agciyər xəstəxanası
üçün əlavə
korpusların tikintisı, Buzovna uşaq reabilitasiya mərkəzinin
və Türkan qəsəbəsində Diaqnostika Mərkəzinin tikintisi
davam edir.
Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə rayonda mühüm
layihələr gerçəkləşib
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva Milli
Məclisdə Xəzər rayonunun
seçicilərini təmsil edir. Fəaliyyətə başladığı ilk gündən təhsilə, mədəniyyətə,
dini abidələrin qorunub
saxlanılmasına, milli ənənələrimizə,
dəyərlərimizə hörmətlə yanaşmaq
fəaliyyətinin əsas istiqamətlərindən biri olan Heydər Əliyev
Fondunun təşəbbüsü ilə
Xəzər rayonunda bir
çox sosial təyinatlı
layihələr həyata keçirilmişdir.
Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva Milli
Məclisin fəal deputatı kimi həm də
öz seçiciləri
qarşısında verdiyi hər bir vədi əməli işi
ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə
deputatı olduğu Xəzər rayonunda böyük layihələrin
həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü
və dəstəyi ilə yaradılmış "Xəzər
rayonunun İnkişaf
Fondu" Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə
başlamışdır. Fondun məqsədi rayonun
potensialından səmərəli istifadə etməklə
iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun
artırılması, gənclərin ictimai
fəaliyyətə cəlb edilməsi, rayonda
investisiya qoyuluşunun
sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli
istifadə edilməsi, tarix və mədəniyyət
abidələrinin qorunması və bərpası sahəsində
layihələrin həyata keçirilməsidir.
Binə qəsəbəsindəki
İmam Rza məscidi
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə yenidən qurulub və işlər
2013-cü ilin iyununda başa çatmışdır.
Təhsil sahəsi
üzrə Heydər Əliyev Fondu və
Dövlət Proqramı çərçivəsində Buzovna qəsəbəsində
26 nomrəli məktəb üçün
40 sinifli 800 yerlik yeni korpus istifadəyə verilmişdir. Avqust
ayının 28-də məktəbin açılış mərasimi
keçirilmiş və mərasimdə Prezident İlham Əliyev
də iştirak etmişdir.
Dövlət başçısı təhsil
ocağının yeni inşa
edilmiş korpusunda
yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Həm
Heydər Əliyev Fondu, həm də
Dövlət Proqramı çərçivəsində rayonun 125 nömrəli məktəbi üçün 35 sinifli
960 yerlik, 206 nomrəli məktəbi üçün 6 sinifli
120 yerlik yeni korpus tikilmiş, 234
nömrəli orta məktəbi qısa
müddətdə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Binə qəsəbəsində
121 nomrəli məktəb üçün
20 sinifli 400 yerlik, Qala qəsəbəsində 185 nömrəli
məktəb üçün 42 sinifli 840 yerlik yeni məktəb binası tikilmişdir.
Buzovna qəsəbəsində 289, 246, Binə
qəsəbəsində 317, 66 və 285 saylı uşaq bagçaları əsaslı təmir
olunmuşdur. Türkan
qəsəbəsində yeni uşaq bağçası tikilmişdir.
Bundan başqa istirahət
dövründə Təhsil Nazirliyi tərəfindən
322, 128, 149, 156, 237 nömrəli məktəblərdə cari təmir işləri görülmüşdür.
2012-2013-cu tədris
ilində Xəzər rayonunda fəaliyyət
göstərən 30 tam, 1 orta
məktəbdə 27866 şagird təhsil
alıb. Yeni tədris ilinin
əvvəlində isə 31 məktəbdə 28126 şagird qeydə alınmışdır. Bütün məktəblərin 1-ci sinfinə
2918 şagird qəbul edilmişdir.
Bu məktəblərin 1026 nəfər XI
sinif şagirdi ali məktəblərə sənəd vermiş, 514 nəfəri ali
məktəbə daxil olmuşdur.
13 nəfər 600-dən çox bal toplamışdır.
Mehriban xanım Əliyevanın
ölkənin birinci xanımı kimi həyata keçirdiyi
xeyirxahlıq missiyası ictimaiyyət, o
cümlədən Xəzər rayonu sakinləri
tərəfindən dəyərli bir
örnək kimi qəbul olunur.
Azərbaycanın hansı bölgəsinə getsəniz, hər
kəs Mehriban Əliyevanın öz seçki dairəsindən
Milli Məclisin deputatı olmasını
arzulayır. Onun təmsil etdiyi
Xəzər rayonu hər gün
inkişaf edir. Sadə insanlar bu
qədər geniş fəaliyyət dairəsi
olan bir insanın tez-tez onlara baş çəkərək problemləri,
istəkləri ilə maraqlanmasını yüksək qiymətləndirir
və qürur duyurlar.
Çünki onları təmsil edən Milli Məclisin deputatı təkcə bölgəsi
üçün deyil,
dövləti və milləti üçün
də böyük işlər görən
bir insandır. İnsanlar
ona humanizmin simvolu kimi baxırlar. Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin ən böyük
uğuru ondan ibarətdir
ki, insanlar daha yaxşı yaşamaq
istəməklə yanaşı, bunun üçün mövcud
imkanlardan istifadəni də yüksək
qiymətləndirirlər.
Vədlə
əməlin real vəhdəti
Bu gün
ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Azərbaycan
gəncliyi ictimai həyatın bütün sferalarında aktiv
fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm
rol oynayır. Dövlətin gənclərin
fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu
təbəqə cəmiyyətin avanqard
qüvvəsinə çevrilib.
Gənclər
siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii
potensialını effektli
reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin
edən şəraitin yaradılması məqsədilə
dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata
keçirilən tədbirlər
sistemidir. Dövlət gənclər siyasəti
müvafiq hüquqi sənədlərdə
öz əksini taparaq
hökumət qurumları tərəfindən həyata keçirilir. Xəzər rayonunda
da bu istiqamətdə
ciddi işlər görülür.
Hesabat dövründə Dövlət
Proqramına müvafiq olaraq
rayonun Şüvəlan qəsəbəsində
3 mərtəbəli Gənclər evi tikilmişdir. Burada gənclərin
asudə vaxtlarının maraqlı, səmərəli
keçirməsi, öz bilik
və bacarıqlarını bölüşmək üçün lazımi şərait
yaradılır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla
bu günlərdə pensiya
və əmək haqqları artırıldı. Bunu hələ dövlət
başçısı Nazirlər Kabinetinin
2013-cü ilin birinci
yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləmişdi: "Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar
səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir.
Gələn illərdə bu rəqəmlər
artacaqdır. Bu rübdə vətəndaşların
pensiyaları da, əməkhaqları da artırılacaqdır". Həqiqətən
də bu gün
ölkəmizdə verilən vədlər, qarşıya qoyulan tapşırıqlar, qərarların
icrası vaxtı-vaxtında həyata keçirilir.
Əhalinin sosial rifahının
yaxşılaşdırılması, insanların daha yaxşı yaşaması üçün
əlindən gələni əsirgəməyən dövlət
başçısı 2003-cü ildə prezident
seçilərkən söylədiyi "Mən hər bir azərbaycanlının prezidenti
olacağam" ifadəsi həqiqətən
də təsdiqini tapdı.
Rayon
prezident seçkilərinə tam hazırdır
2013-cü ilin 6 ayı ərzində RİH
başçısı tərəfindən qəsəbələrdə
12 səyyar qəbul keçirilmiş, 824
nəfər iştirak etmiş
və 42 müraciət səslənmişdir. Müraciətlərdən
asfalt örtüyünün
salınması, təbii qaz problemləri,
su və kanalizasiya, ictimai nəqliyyat problemləri və magistral yollarda piyada kecidi məsələləri
üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş
müraciətlərin əksəriyyəti
müsbət həll edilmiş, digər məsələlərlə
baglı aidiyyatı qurumlara müraciətlər
göndərilmişdir.
2013-cu il oktyabr ayının 9-da
keçiriləcək prezident seçkiləri
ilə bağlı işlər davam edir. Məntəqə seçki
komissiyalarının normal iş
şəraitində fəaliyyət göstərmələri üçün nə lazımdırsa edilir. Artıq məntəqələr üzrə
seçici siyahıları dəqiqləşdirilmiş,
seçkilərin azad, ədalətli və
demokratik şəraitdə keçirilməsinə
ciddi
hazırlıq görülür.
Xəzər
rayonu qarşıdakı dövrdə də
Azərbaycan Respublikası Prezidentinin fərman,
sərəncam və tapşırıqlarının
vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın
layiq olduqları yüksək rifahlı
yaşayışın təmin edilməsi üçün
bütün imkanları səfərbər
edərək
qarşıya qoyulan vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışacaqdır.
Prezident İlham
Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir
məmurun başlıca vəzifəsi xalqa,
vətəndaşlara layiqli və
vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu prinsip əsasında quran Xəzər RİH də dinamik
yüksəliş üçün bütün zəruri tədbirləri həyata
keçirməyə, ölkədəki inkişaf
prosesinə töhfəsini verməyə
çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti
dövründə özü üçün güclü
istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Xəzər
rayonu Azərbaycan Prezidenti
İlham Əliyevin diqqət və
qayğısı ilə böyük uğurlar əldə etmiş,
daha da gözəlləşmiş,
müasirləşmişdir. Bütün
bunlar rayonun həyatında
başlanmış yeni intibah
mərhələsinin uğurlu
başlanğıcıdır. Hazırda Xəzər
rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında
qazanılan uğurları həyatında daha
qabarıq hiss edir,
ölkəmizdəki yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Rauf
ƏLİYEV,
Milli
Məclisin deputatı
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 2.