Hesablama Palatasının kollegiya iclası keçirilmişdir

 

Hesablama Palatasının kollegiya iclası keçirilmişdir.

Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Mədəniyyət və Turizm  Şöbəsinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, Sabirabad Rayon Mədəniyyət və Turizm  Şöbəsinə və digər qurumlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri üzrə hesabat və rəylər müzakirə edilərək qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınmışdır.

İclasda bir sıra digər məsələlərə dair audit proqramları da təsdiq edilmişdir.

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 4.