İqtisadi inkişaf
naziri Xızıda vətəndaşları
qəbul etmişdir
Sentyabrın
7-də iqtisadi inkişaf
naziri Şahin Mustafayev Xızı şəhərində vətəndaşları
qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, Heydər
Əliyev Mərkəzində təşkil edilmiş
qəbulda nazir
Xızı ilə yanaşı, Sumqayıt, Abşeron, Şuşa,
Qubadlı və Zəngilandan olan vətəndaşların
müraciət və təkliflərini dinləmişdir.
Qəbula
gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti,
güzəştli kreditlərin verilməsi, kiçik
istehsal və xidmət sahələrinin yaradılması,
kənd yollarının tikintisi və
işə qəbulla bağlı müraciət etmişlər.
Qəbulda
olan sahibkarlarla quşçuluq, heyvandarlıq, toxumçuluq təsərrüfatının
genişləndirilməsi, istixanaların yaradılması, yeni texnologiyalara əsaslanan
mebel istehsalı, turizm-sanatoriya
sahələri üzrə layihələr müzakirə edilmiş və investisiya
layihələrinin maliyyələşdirilməsi barədə
müvafiq göstərişlər verilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin
aidiyyəti struktur bölmələrinin rəhbərlərinin
də iştirak etdikləri qəbulda bir sıra müraciətlər yerindəcə
həll edilmiş, digər müraciətlərin
isə hərtərəfli öyrənilməsi və
qanunvericiliyə uyğun həlli üçün tapşırıqlar verilmişdir.
Qəbul
zamanı vətəndaşların İqtisadi
İnkişaf Nazirliyinin
səlahiyyətlərinə aid olmayan məsələlərlə
bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün
qeydiyyata alınmışdır.
Qəbul
günü birbaşa
müraciət edən vətəndaşlar da
nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaş
dinlənilmiş, müraciətlərin operativ
həlli üçün qanunvericiliyə
müvafiq tədbirlər görülmüşdür.
İqtisadi inkişaf nazirinin
Xızıda vətəndaşları qəbul edəcəyi
barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılmış,
qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş, nazirliyin rəsmi
internet və "Facebook"
səhifələrində vətəndaşların müraciətləri qeydiyyata
alınmışdır.
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 4.