Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. On min nəfər əhalinin
yaşadığı 12 yaşayış məntəqəsini
birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Yardımlı Rayon İcra
Hakimiyyətinə ilkin olaraq
2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 10 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 1.