Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük av­to­mo­bil yolu açılmışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanılmışdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq bu yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir. Artıq Qaramanlı və digər kəndlərə məsafə 23 kilometr qısalmışdır.

Sonra dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 2.