Barak Obamanın məktubu Azərbaycanın
bölgədə əsas söz sahibi olmasını təsdiqləyir
Aydın
MİRZƏZADƏ: Azərbaycanın ərazi bütövlüyünü
təmin etmək üçün
apardığı siyasət dünya
ictimaiyyətinin diqqətini çəkir"
Amerika Birləşmiş
Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə
ATƏT-in Minsk qrupunun
yeni həmsədri təyin olunan səfir Ceyms Uorliklə
bağlı məktub ünvanlayıb. Məktubda
yeni həmsədrin bu
işə təyin olunmasının tərəflərin Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
nail olmasına yardım etmək işinə
Birləşmiş Ştatların qəti və birmənalı
sadiqliyinin göstəricisi olduğu vurğulanır.
Məktubda deyilir: "Ümidvaram ki, səfir Uorlikin zəngin
diplomatik təcrübəsi və
hökumətinizin irəliləyişə nail
olmaq arzusu həmsədrlərin
işinə və sülh prosesinə yeni təkan verəcəkdir. Mən gələn
aylar ərzində Ermənistan ilə birbaşa dialoq
imkanlarından yararlanmağınızı və
danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən
çıxış yolu tapmaq
üçün həmsədrlərin
vaxtından və bacarığından istifadə etməyinizi
dəstəkləyirəm. Artıq danışıqlarda
müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar
olunması üçün yeni səylərin göstərilməsi
vaxtı yetişib".
ABŞ Prezidentinin Azərbaycanın dövlət
başçısına ünvanladğı məktubuna və
iki ölkə arasında olan
münasibətlərə aydınlıq gətirən politoloqlar, bunu yüksək
dəyərləndirirlər. Milli Məclisin Təhlükəsizlik və müdafiə
komitəsinin sədr müavini Aydın
Mirzəzadə deyir ki,
dünyanın aparıcı dövlətlərindən olan ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə
ünvanladığı məktubunda Dağlıq Qarabağ məsələsinə diqqət
yetirməsi təsadüfi deyil. Onun fikrincə, Azərbaycanın
günü-gündən artan nüfuzu ölkəmizin problemlərinin hər
zaman dünya siyasətinin
gündəliyində qalmasına səbəb olur.
Eyni zamanda, Azərbaycan regionda sabitliyin təmin edilməsində əsas rol oynayır.
Ən vacib məsələ isə ondan ibarətdir ki, Azərbaycanın dövlət
quruculuğunda qazandığı
təcrübə bəzi
ölkələr üçün
gözəl nümunə
ola bilər:
"Bu baxımdan ABŞ Prezidentinin
məktubunda Dağlıq
Qarabağ məsələsinin
həllinə ciddi fikir verilib. Bu
problem dünyanın bir
çox ölkələrini
narahat edən başlıca məsələyə
çevrilib. Azərbaycanın öz ərazi bütövlüyünü təmin
etmək üçün
apardığı siyasət
də dünya ictimaiyyətinin diqqətini
çəkir. Təbii ki,
Dağlıq Qarabağ
məsələsində Ermənistan
hər zaman olduğu kimi, beynəlxalq hüquq normalarına riayət etmək istəmir. Problemin belə nöqtədə qalması Ermənistanın
iqtisadiyyatına da mənfi təsir edir".
A.Mirzəzadənin fikrincə, yeni həmsədrin regiona səfəri münaqişə ilə bağlı ABŞ-ın daha da yaxşı
məlumatlanması üçün
unikal imkan olacaq.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 5.