Ceyms UORLİK: 20 ildən
artıq bir müddətdə çəkilən
əziyyətə son qoymağın
vaxtı çatmışdır
İyirmi ildən artıq bir müddətdə çəkilən əziyyətə
son qoymağın vaxtı
çatmışdır. Bu sözləri ATƏT-in Minsk
qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik sentyabrın
10-da Bakıda keçirdiyi mətbuat
konfransında söyləmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
Helsinki Yekun Aktına əsasən
həllinin vacibliyini vurğulayan
C.Uorlik bölgənin gələcəkdə
çiçəklənməsi üçün
davamlı sülhə nail olmaq
məqsədi ilə birgə çalışmağın əhəmiyyətini
vurğulamışdır.
C.Uorlik demişdir ki, atəşkəs haqqında müqavilənin
imzalanmasının 20 illiyinin
yaxınlaşdığı bir vaxtda, hesab edirəm ki, davamlı sülhə və inkişafa gətirib çıxaran
yolların axtarılıb tapılması lazımdır.
Hazırda əsas məqsədim tərəfləri dinləmək,
onlardan məlumat almaqdır. Mən Minsk qrupunun digər həmsədrləri
ilə birlikdə davamlı sülhə nail
olmaq üçün
realizmə və praqmatizmə əsaslanaraq fəaliyyət
göstərmək niyyətindəyəm.
Amerikalı diplomat yaxın vaxtlarda Vyanada ATƏT-in baş katibi, daha sonra
Nyu-Yorkda BMT Baş Məclisinin
68-ci sessiyası çərçivəsində fransalı və
rusiyalı həmkarları ilə görüşəcəyini
diqqətə çatdırmışdır.
C.Uorlik Bakının gözəl
şəhər olduğunu, paytaxtın qədim
və müasir memarlıq nümunələrinin
onda dərin təəssürat
yaratdığını vurğulamışdır.
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 6.