Bakıda «Müasir ailənin cəmiyyətin
inkişafında yeri və rolu» mövzusunda tədbir
keçirilmişdir
Sentyabrın
10-da Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) "Müasir
ailənin cəmiyyətin inkişafında yeri
və rolu" mövzusunda
tədbir keçirilmişdir.
AzərTAc
xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev çıxış edərək
bildirmişdir ki, tədbirin
keçirilməsində məqsəd Konfederasiyanın
üzvləri arasında ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub
saxlanılması, sağlam həyat tərzinin
təbliği, əhalinin hüquqi
düşüncəsinin inkişaf
etdirilməsi, ictimai nəzarətin
artırılması istiqamətində təbliğatın
aparılması olmuşdur.
S.Mehbalıyev
"Müasir ailənin cəmiyyətin
inkişafında yeri və rolu" maarifləndirmə layihəsi
haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tərəfindən
reallaşdırılan layihə 2013-cü ilin
sonunadək AHİK-in üzv
təşkilatları arasında davam
etdiriləcəkdir.
Səttar
Mehbalıyev demişdir ki,
ailə dəyərlərinin qorunması, yaşlılara
qayğı, valideyn məsuliyyəti Azərbaycan
ailələrinə məxsus xüsusiyyətlərdir. Bu gün dünyada
ailələrdə doğumun azalması,
ailəsiz uşaqların sayının artması hallarına baxmayaraq, respublikamız bu
sahədə müsbət mənada fərqlənir. Cəmiyyətimizdə
qadının və ailənin daim artan nüfuzu müsbət
təsirini göstərir. Lakin hər bir ölkədə olduğu
kimi, Azərbaycanda da
ailə məsələlərində bəzən problemlərlə
üzləşirik. Bu problemlərin aradan qaldırılmasına kömək etmək
hər birimizdən vətəndaş mövqeyini
ortaya qoymağı tələb edir. AHİK-in bu sahədə xüsusi rolu və zəngin təcrübəsi
vardır.
Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova bildirmişdir
ki, dövlət tərəfindən uğurla həyata keçirilən ailə
siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və gələcək
nəsillərə çatdırılmasını təmin
edir. Vurğulamışdır ki, son illərdə əhalinin
həyat səviyyəsini, iqtisadi
imkanlarını yüksəltmək məqsədilə bir sıra dövlət sənədləri və
fəaliyyət proqramları qəbul edilmişdir.
Bütün bunların nəticəsidir ki, Azərbaycanda qadınlar sosial-ictimai
həyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Bu sahədə aparılan işlərdən
danışarkən Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi qeyd
olunmalıdır. Mehriban xanım
Əliyevanın dəstək verdiyi bütün layihələr
xalqımızın milli-mənəvi dəyərləri ilə
yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin
yaradır.
Hicran Hüseynova
qeyd etmişdir ki, bu gün
dünyanın hər yerində ailələr bir
çox problemlərlə
qarşılaşırlar. Azərbaycanda aztəminatlı ailələrin
sosial rifahının
yaxşılaşdırılması üçün
dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir
sıra müavinətlər, ünvanlı sosial
yardımlar təyin olunmuşdur.
Tədbirdə
milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin,
nəsillərarası münasibətlərin qorunub
saxlanılması, ailədaxili münasibətlərin iş prosesinə təsiri və digər mövzularda müzakirələr
aparılmışdır.
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 7.