Təhsil
işçilərinin əməkhaqlarının
artırılması dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və
qayğının bariz nümunəsidir
"Prezident İlham
Əliyevin müvafiq sərəncamına
əsasən, təhsil işçilərinin əməkhaqlarının
artırılması dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və
qayğının bariz nümunəsidir".
Bu sözləri Bakı şəhəri
təhsil işçilərinin sentyabr
konfransında jurnalistlərə müsahibəsində təhsil
naziri Mikayıl Cabbarov
söyləmişdir. Bildirmişdir ki, Təhsil Nazirliyi tərəfindən
yeni tədris ilinə bir
sıra hazırlıq işləri görülmüşdür.
Yay tətili müddətində
Bakının 164 məktəbinin binasında cari
təmir işləri aparılmışdır ki, bu da
paytaxt məktəblərinin 50 faizini təşkil edir. Hər
il olduğu kimi, bu il
də ənənəvi olaraq 4 milyondan artıq yeni dərslik
çap olunmuşdur.
Hazırda dərs vəsaitlərinin respublikanın təhsil
müəssisələrinə paylanılması həyata keçirilir.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 7.