Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun növbəti açıq məhkəmə
iclası keçirilmişdir.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə
müvafiq olaraq konstitusiya məhkəmə icraatı
qaydasında açıq məhkəmə iclasında Məlahət
Şahverdiyevanın şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 24 fevral tarixli
qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya
işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu
iş üzrə
hakim R.Qvaladzenin məruzəsini,
ərizəçinin və
cavabverən orqanın
nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb
müzakirə edərək
qərar qəbul etmişdir.
Qərarda deyilir ki, M.Şahverdiyevanın
cavabdehlər "Azərbaycan
Sənaye Bankı"
Açıq Səhmdar
Cəmiyyətinə və
İbrahim İbrahimova
qarşı 2010-cu il
5 aprel tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə üzrə ipoteka qoyulmuş mənzilin ipotekadan azad edilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin Mülki
Kollegiyasının 2012-ci il
24 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının
29-cu maddəsinin I hissəsinə,
60-cı maddəsinin I hissəsinə
və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416-cı, 417.1.3-cü, 418.1-ci və 420-ci
maddələrinə uyğun
olmadığından qüvvədən
düşmüş hesab
edilsin. İşə bu qərara
uyğun olaraq Azərbaycan Respublikası
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada və müddətdə yenidən
baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə,
yaxud rəsmi təfsir oluna bilməz.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.