MDB Parlamentlərarası
Assambleyası Müşahidə Missiyasının
başçısı Mərkəzi Seçki
Komissiyasının sədri ilə görüşmüşdür
Rusiya Dövlət
Dumasının MDB və Həmvətənlərin İşləri
üzrə Komitəsinin rəhbəri Leonid
Slutskinin başçılıq etdiyi Azərbaycanda
prezident seçkilərinin müşahidəsi
üzrə MDB Parlamentlərarası
Assambleyasının Müşahidə Missiyasının
üzvləri sentyabrın 10-da Mərkəzi Seçki
Komissiyasının
(MSK) sədri Məzahir Pənahov ilə
görüşmüşlər.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən bildirmişlər ki,
qonaqları salamlayan MSK-nın sədri
qarşıdan gələn seçkilərin ölkəmizin həyatında
mühüm tarixi
hadisə olduğunu və böyük
əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, MDB-dən olan müşahidəçilərin də
qarşıdan gələn prezident
seçkilərində müşahidəçilik etməsindən
məmnun olduğunu bildirmişdir.
Missiyanın
başçısı MDB-dən olan
uzunmüddətli müşahidəçi-ekspertlərin
artıq öz missiyalarını həyata
keçirməyə başladıqlarını diqqətə
çatdırmışdır. Qonaq həmin
müşahidəçilərin ölkənin ayrı-ayrı bölgələrinə
səfərlər etdiklərini və seçkiyə
hazırlıq işlərinin yüksək səviyyədə
təşkilinin şahidi
olduqlarını nəzərə
çatdırmışdır.
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən
missiya rəhbəri hazırlıq işlərinin
seçkilərin demokratik standartlara
uyğun keçirilməsinə yönəlmiş
şəkildə aparıldığını
vurğulamışdır.
Görüşdə
missiyanın fəaliyyətinin təşkili və bu sahədə əməkdaşlıq barədə
fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.