MDB Müşahidə
Missiyasının üzvləri Mərkəzi Seçki
Komissiyasında olmuşlar
MDB
Müşahidə Missiyasının üzvləri Vladimir Qorkun və Yevgeni Slobada sentyabrın
10-da Mərkəzi Seçki
Komissiyasında (MSK) sədr Məzahir Pənahov ilə
görüşmüşlər.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən bildirmişlər ki,
qonaqları salamlayan MSK-nın sədri
müşahidəçilik institutunun
seçkilərin şəffaflığı baxımından
böyük əhəmiyyətə malik olduğunu qeyd edərək missiyanın üzvlərini
Azərbaycanda görməkdən məmnun olduğunu
söyləmişdir.
Müşahidə
missiyasının üzvü V.Qorkun bildirmişdir ki, seçkiqabağı vəziyyəti izləmək
üçün MDB Müşahidə
Missiyasının 20 nəfərlik heyəti Azərbaycana gələcəkdir.
Missiyanın tərkibinə 300 nəfər qısamüddətli
müşahidəçilər də daxil
olacaqlar. O, seçkilərin
hazırlanıb keçirilməsi ilə bağlı
görülən işlər barədə suallar
vermiş və gələcəkdə həyata
keçirilməsi nəzərdə tutulan
layihələrlə maraqlanmışdır.
Qonaqlara 2013-cü il
oktyabrın 9-na təyin edilmiş prezident seçkilərinin hazırlanıb
keçirilməsi ilə bağlı atılmış
addımlar və planlaşdırılan tədbirlər barədə
ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.