Beynəlxalq Olimpiya
Komitəsinin Prezidenti
cənab Tomas Baxa
Hörmətli cənab Bax!
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizə
ən səmimi təbriklərimi yetirirəm.
Bu məsul vəzifəyə seçkilərdə
qazandığınız dəstək
beynəlxalq idman ictimaiyyəti tərəfindən
Sizə böyük etimadın ifadəsi, Olimpiya hərəkatının
inkişafı sahəsində
xidmətlərinizə verilən
yüksək qiymətdir.
Bu gün Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə
olduğunu məmnunluq
hissi ilə qeyd etmək istərdim. İnanıram ki, Olimpiya ideallarının təntənəsi
naminə əməkdaşlığımızı
bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
11 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.