«Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
strategiyası»nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
strategiyası" təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyini təmin
edən orqanlar öz
fəaliyyətində Azərbaycan Respublikasının dəniz
təhlükəsizliyi strategiyasının müddəalarını
rəhbər tutsunlar.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının dəniz
təhlükəsizliyi strategiyasının müddəalarının
yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə
mütəmadi olaraq Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 11 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.