Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Son on ildə Masallı rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Regional Boks Taekvondo İdman mərkəzləri, əlil şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası, Gənclər Mərkəzi inşa edilmiş, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal emal müəssisələri açılmış, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə sakinlərin müraciətlərini nəzərə alaraq Uşaq İncəsənət Məktəbi və Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binaların tikintisi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Masallı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2,0 (iki) milyon manat, Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün 2,0 (iki) milyon manat, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının tikintisi üçün 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğlərdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.