Azərbaycan ilə
İsveçrə arasında iqtisadi əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün böyük zəmin vardır
Sentyabrın
11-də Azərbaycan Respublikası Milli Məclisinin
sədr müavini Bahar
Muradova İsveçrə
Konfederasiyasının ölkəmizdə yeni
təyin olunmuş səfiri Paskal Obişer ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, səfirə
gələcək fəaliyyətində uğurlar
arzulayan Bahar Muradova ölkələrimiz arasındakı dostluq əlaqələrinin
tarixindən söhbət açmış, iqtisadi,
humanitar və mədəni əməkdaşlığımızı
yüksək dəyərləndirmişdir. O, Azərbaycan-İsveçrə
parlamentlərarası işçi qrupunun rəhbəri kimi
diqqətə çatdırmışdır ki,
ali qanunverici
orqanlarımız arasındakı mövcud
əlaqələrin inkişafında dostluq
qruplarının xüsusi rolu
vardır.
Milli Məclisin
sədr müavini Azərbaycan parlamentinin işi, qanunvericilik bazası, deputatların və komitələrin
fəaliyyəti, qarşıdan gələn prezident
seçkilərinə hazırlıq prosesi
barədə ətraflı məlumat vermişdir.
Ölkələrimizin beynəlxalq təşkilatlarda
qarşılıqlı fəaliyyətinə
toxunan Bahar Muradova ATƏT-in
Parlament Assambleyası çərçivəsində
İsveçrənin daim Azərbaycanın
haqlı mövqeyini dəstəklədiyini
qeyd etmişdir. Bahar Muradova demişdir: "Azərbaycan İsveçrənin
balanslı və dinc siyasətini hər zaman təqdir edir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində atılan addımlarda bu
ölkənin dəstəyinə böyük
ümidlər bəsləyirik".
Bahar Muradova
Azərbaycanın qaçqın və məcburi
köçkünlərlə bağlı problemlərinin həllində
İsveçrə təşkilatlarının göstərdiyi
yardımlara görə minnətdarlığını da bildirmişdir.
Səmimi
görüşə və ətraflı məlumata görə
təşəkkürünü bildirən Paskal Obişer ölkələrimiz arasında iqtisadi əlaqələrin daha
da inkişaf etdirilməsi
üçün böyük
zəmin olduğunu vurğulamış, regionda neft və təbii qaz ixracatı ilə bağlı həyata
keçirilən qlobal layihələrdə
qarşılıqlı əməkdaşlıqdan
danışmışdır.
Diplomat ölkəsinin gələn
ildən etibarən ATƏT-in Parlament
Assambleyasına sədrlik edəcəyi dönəmdə
Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində əhəmiyyətli irəliləyişlərin
olacağına ümidvar olduğunu
bildirmişdir. O, oktyabrın 9-da
keçiriləcək prezident seçkilərində
Azərbaycana uğurlar diləmişdir.
Görüşdə,
həmçinin qarşılıqlı maraq
doğuran bir sıra
məsələlər müzakirə olunmuşdur.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.