Avropa Şurası Parlament Assambleyasının Xüsusi
Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri
Milli Məclisdə olmuşlar
Azərbaycanda
keçiriləcək prezident seçkilərinin
müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi
Avropa Şurası Parlament
Assambleyasının Xüsusi Komitəsinin
Seçkiqabağı Missiyasının üzvləri
sentyabrın 11-də Milli Məclisin Sədri
Oqtay Əsədovla
görüşmüşlər.
AzərTAc xəbər
verir ki, Oqtay Əsədov AŞPA-nın Xüsusi Komitəsinin Seçkiqabağı
Missiyasının prezident seçkilərində
müşahidəçi kimi
iştirakından məmnunluğunu bildirmişdir.
Qeyd edilmişdir ki, Azərbaycanın seçki
təcrübəsi ilbəil təkmilləşir və
ölkəmizdə demokratik seçkilərin
keçirilməsi üçün
yaxşı hüquqi baza
formalaşdırılmışdır. Diqqətə
çatdırılmışdır ki, Azərbaycan
Avropa Şurasının 56 sənədini
ratifikasiya etmişdir.
Oqtay Əsədov oktyabrın
9-da keçiriləcək prezident
seçkilərində Avropa Şurası
ilə yanaşı, digər bir sıra
beynəlxalq qurumların da müşahidəçi
qismində iştirak edəcəyini diqqətə
çatdırmışdır.
Robert Uolter
Azərbaycanda keçiriləcək prezident
seçkilərini 30 parlament üzvünün izləyəcəyini qeyd etmişdir. Azərbaycan-Avropa
Şurası əlaqələrindən danışan R.Uolter 2014-cü ildə ölkəmizin quruma sədrlik edəcəyini və
şuranın komitə iclaslarından birinin
Bakıda keçiriləcəyini bildirmişdir.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.