Avropa Şurası Parlament Assambleyasının Xüsusi
Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri
Mərkəzi Seçki Komissiyasında olmuşlar
Sentyabrın
11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xüsusi Komitəsinin oktyabrın 9-da keçiriləcək prezident
seçkilərinin müşahidəsi üzrə
missiyasının rəhbəri Robert Uolterin başçılıq etdiyi
nümayəndə heyəti Mərkəzi Seçki
Komissiyasında (MSK) sədr Məzahir Pənahov ilə görüşmüşdür.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, MSK-nın sədri AŞPA müşahidəçilərinin
qarşıdan gələn prezident
seçkilərində müşahidəçilik
missiyasını həyata keçirəcəklərindən
məmnun olduğunu qeyd
etmişdir.
Missiyanın rəhbəri
seçkilərdə müşahidəçilik institutunun önəmli olduğunu
və MSK-nın seçkilərin keçirilməsində vacib rol oynadığını
demişdir. Nümayəndə heyətinin
rəhbəri ölkədəki seçkiqabağı vəziyyətlə
maraqlanmışdır.
Sədr
qonaqları ölkədəki seçkiqabağı durum barədə məlumatlandırmış
və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb
keçirilməsi ilə bağlı gördüyü
işlərdən danışmışdır. Vətəndaşların seçki
hüququnun təmin edilməsi üçün lazımi işlərin görüldüyünü qeyd
edən M.Pənahov ölkədəki seçki
məntəqələrinin səsverməyə tam hazır vəziyyətə gətirilməsi
üçün bütün
qanuni addımların
atıldığını diqqətə
çatdırmışdır. O bildirmişdir
ki, şəffaflığın təmin
edilməsi məqsədi ilə müşahidəçilik üçün quruma
müraciət edən şəxslərin hamısına
müsbət cavab verilir.
Komissiya sədri
bildirmişdir ki,
ötən seçkilərin təcrübəsinə əsaslanaraq
qarşıdan gələn seçkiləri on
minlərlə müşahidəçinin izləyəcəyini
ehtimal etmək olar.
Qonaqların
suallarını cavablandıran M.Pənahov MSK-nın həyata
keçirdiyi irimiqyaslı maarifləndirmə
proqramı haqqında da ətraflı məlumat
vermişdir.
Missiyanın
üzvləri ətraflı məlumata görə Mərkəzi
Seçki Komissiyasının sədrinə
təşəkkürlərini bildirmiş
və qarşıdan gələn seçkilər ərəfəsində
əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.