ABŞ-ın Oklahoma ştatının Azərbaycan Respublikası ilə tərəfdaşlığına dair bəyanat yayılmışdır

 

ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyası 2003-cü ildən Azərbaycanın tərəfdaşıdır və bu münasibətlərin 10-cu ildönümü ilə əlaqədar Oklahoma ştatının qubernatoru Meri Folin (Mary Fallin), ştat senatının prezidenti Brayan Binqman (Brian Bingman) və Senatın üzvü Tom Ayvester (Tom İvester) birgə təntənəli bəyanat imzalamışlar.

Bəyanatda Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyi, müsəlman dünyasında ilk parlament respublikası qurduğu, hələ 1918-ci ildə qadınların seçki hüququnu tanıdığı və müasir Azərbaycanın ABŞ ilə 20 ildən artıq diplomatik münasibətlərə malik olduğu barədə məlumat verilir. Həmçinin sənəddə Heydər Əliyevin 1997-ci ildə ABŞ-a tarixi səfərinə istinad edilir və ötən iki onillik ərzində Azərbaycanın öz suverenliyinisiyasi müstəqilliyini möhkəmləndirərək regionalqlobal məsələlərdə ABŞ-ın mühüm strateji tərəfdaşına çevrildiyi açıqlanır.

 Bəyanat müəllifləri Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycan Silahlı Qüvvələri ilə məhsuldar və çoxşaxəli əməkdaşlığını təqdir edir və 10 il ərzində 190-dan artıq mübadilə layihəsinin gerçəkləşdirildiyini xatırladırlar.

Sənəddə Azərbaycanın hazırda Əfqanıstanda, daha əvvəl isə İraqBalkanlarda beynəlxalq əməliyyatlara dəstək verdiyi vurğulanır, ölkəmizin qlobal enerji təhlükəsizliyinə yetirdiyi töhfə və bu sahədə ABŞ-ın Azərbaycana dəstəyi xüsusi qeyd edilir. Azərbaycanda hökm sürən dinietnik tolerantlığı təqdir edən Oklahoma rəsmiləri təmsil etdikləri ştatın ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığının inkişafına tərəfdar olduğunu diqqətə çatdırır və ABŞ administrasiyasını ölkəmizlə müxtəlif sahələrdə ikitərəfli münasibətləri möhkəmləndirməyə çağırırlar.

Xatırladaq ki, Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maylz Dirinq bu ilin avqustunda Azərbaycanda rəsmi səfərdə olmuş, rəhbərlik etdiyi qvardiya, habelə Oklahoma ştatı ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

 

 

Yusif BABANLI,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 8.