Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Sentyabrın 11-də
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 9 sentyabr 2013-cü il tarixli iclasının protokolu
təsdiq edilmişdir.
Sonra Qüdrət Müzəffər
oğlu Həsənquliyevin prezidentliyə
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə
alınması barədə məsələyə baxılmışdır. Qeyd edilmişdir ki, namizədin müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan
sənədlər namizədin səlahiyyətli
nümayəndəsi tərəfindən MSK-ya
təqdim olunmuşdur. Qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparılmış, namizədin qeydə
alınması üçün əsasların
olması müəyyən edilmişdir.
Komissiya Qüdrət Həsənquliyevin
2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident
seçkilərində namizəd kimi qeydə
alınması barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası Hafiz
Ələmdar oğlu Hacıyevin
prezidentliyə Müasir Müsavat
Partiyası tərəfindən irəli sürülmüş
namizədliyinin qeydə alınması barədə də qərar
qəbul etmişdir.
İclasda Fuad
Ağası oğlu Əliyevin prezidentliyə
Azərbaycan Liberal Demokrat
Partiyası tərəfindən irəli sürülmüş
namizədliyinin qeydə alınmasına dair
məsələyə baxılmışdır. Bildirilmişdir ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan
sənədlər partiyanın səlahiyyətli nümayəndəsi
tərəfindən namizədin qeydə alınması üçün MSK-ya təqdim
edilmişdir. Qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparılmış, namizədin qeydə
alınmasından imtina edilməsi üçün əsasların olduğu müəyyən edilmişdir. Namizədin müdafiəsi üçün 40 mindən az
olmayan sayda etibarlı
seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində
olan etibarlı imzaların sayı namizədin
qeydə alınması üçün qanunda nəzərdə tutulmuş
saydan az olmuşdur. Mərkəzi Seçki
Komissiyası Fuad Əliyevin namizədliyinin
qeydə alınmasından imtina barədə
qərar qəbul etmişdir.
Komissiya Azərbaycan
Sosial Demokrat
Partiyasının namizədi Araz Məmməd
Mübariz oğlu
Əlizadənin və Milli Dirçəliş
Hərəkatı Partiyasının namizədi Fərəc İbrahim oğlu Quliyevin namizədliyinin qeydə alınması
barədə məsələləri də müzakirəyə
çıxarmışdır. Komissiya hər iki şəxsin namizədliyinin qeydə
alınması barədə qərarlar qəbul etmişdir.
İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal
və 103 saylı Gədəbəy seçki
dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK cari məsələlərə də
baxmışdır.
Komissiyanın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 11.