Azərbaycan
Liberal Demokrat
Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad
Ağasi oğlu
Əliyevin 2013-cü il oktyabrın 9-na təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin
qeydə alınmasından imtina edilməsi
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 25/142
2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən
irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyi Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 14 avqust 2013-cü il tarixli 13/81 saylı qərarı ilə təsdiq
edilmişdir.
Namizədin
müdafiəsi üçün
toplanmış seçici imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 6-da partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən namizədin qeydə
alınması üçün Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
60.1-ci maddəsinə əsasən müvafiq
seçki komissiyası imza
vərəqələrini və namizədin qeydə
alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən
sonra 7 gün müddətində
namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış
qərar qəbul etməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericiliklə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, namizədin
qeydə alınmasından imtina edilməsi
üçün əsasların
olmasını müəyyən etmişdir.
Belə
ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki
imzaların düzgünlüyünün
yoxlanılması barədə 10 sentyabr
2013-cü il tarixli Protokoldan və həmin tarixli
rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi
üçün 40 mindən az olmayan sayda
etibarlı seçici imzaları
toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin
qeydə alınması üçün qanunda nəzərdə tutulmuş
saydan az olmuşdur.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
59.6, 59.10 və 59.12-ci maddələrinə uyğun
olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici
imzalarının sayı qeydiyyat üçün lazım olan
saydan az olarsa, namizəd qeydə alınmır.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və
181-ci maddələrinə əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli
sürülmüş Fuad
Ağasi oğlu
Əliyevin namizədliyinin qeydə alınmasından imtina edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.09.2013
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 11.