Milli Dirçəliş
Hərəkatı Partiyası tərəfindən namizədliyi
irəli sürülmüş Fərəc
İbrahim oğlu Quliyevin 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 25/144
2013-cü il
oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
namizədliyi Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən
irəli sürülmüş
Fərəc İbrahim
oğlu Quliyevin namizədliyi Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
17 avqust 2013-cü il tarixli 15/95 saylı qərarı ilə təsdiq edilmişdir.
Namizədin müdafiəsi üçün
toplanmış seçici
imzaları olan imza vərəqələri
və onlara əlavə edilməli olan sənədlər
2013-cü il sentyabrın 7-də partiyanın
səlahiyyətli nümayəndəsi
tərəfindən namizədin
qeydə alınması
üçün Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb namizədin qeydə alınması üçün
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü,
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və 182-ci maddələrinə
əsasən qərara alır:
1. Milli Dirçəliş Hərəkatı
Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyev 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizəd kimi qeydə alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.09.2013
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 11.