103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 25/145

 

 Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə görə qeydə alınmış namizədlərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqdabu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilironu əvəzedici üzv əvəz edir.

Mərkəzi Seçki Komissiyasının 9 sentyabr 2013-cü il tarixli 24/137 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilməlidir.

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

 

103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verilsin.

 

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

11.09.2013

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 11.