Ekologiya və təbii sərvətlər naziri Qəbələdə vətəndaşları qəbul etmişdir

 

Sentyabrın 11-də Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Qəbələ şəhərində Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda vətəndaşların şikayət və təklifləri dinlənilmişdir.

Nazirliyin müvafiq idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən ətraf mühitinekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqis. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbulda vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmış, digərlərinin isə həll edilməsi ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 12.