Dövlət Sosial Müdafiə Fondunun
sədri Masallıda vətəndaşları qəbul etmişdir
Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) sədri Səlim Müslümov
sentyabrın 11-də bu qurumun
Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad,
Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının
sakinlərini qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, qəbulda
iştirak edən vətəndaşların
xüsusi ayrılmış nəqliyyat
vasitələri ilə həmin şəhər və rayon şöbələrinin inzibati
binalarının qarşısından DSMF-nin
Masallı rayon şöbəsinə gətirilmələri
təmin olunmuşdur.
"Açıq
qapı" şəraitində keçirilən qəbulda vətəndaşların
müraciətləri diqqətlə dinlənilmişdir. Vətəndaşların
müraciətləri əsasən pensiyaların yenidən
hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya
təyinatı, eləcə də stajla
bağlı olmuşdur.
Bütün müraciətlər operativ surətdə
araşdırılmış, onların bir
qismi yerindəcə həll edilmişdir. Bəzi müraciətlər
isə araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi
məqsədilə şəhər və rayon
şöbələrinin rəhbərlərinə, DSMF-nin digər vəzifəli şəxslərinə
tapşırıqlar verilmişdir.
DSMF-nin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciət edən vətəndaşlara isə
hüquqi və digər mümkün
köməkliyin göstərilməsi üçün
həmin müraciətlərin müvafiq orqanlara göndəriləcəyi bildirilmişdir.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 12.