«Excelsior Hotel Shamkir» mehmanxanası istifadəyə
verilmişdir
Prezident İlham Əliyev sentyabrın 10-da
"Excelsior Hotel Shamkir" mehmanxanasının açılışında
iştirak etmişdir.
Dövlət başçısı
mehmanxananın rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki,
mehmanxana standart, qoşa çarpayılı
və böyük çarpayılı 63 otaqdan
ibarətdir. Bütün nömrələrdə ən
yüksək səviyyədə
istirahət üçün
hər cür şərait yaradılmışdır.
Ən
son informasiya-kommunikasiya texnologiyaları
ilə təmin olunan otaqların dizaynında Şəmkirin
qədim xalçalarının
ornamentlərindən istifadə
olunmuşdur. Müasir havalandırma
sistemi ilə təchiz edilmiş mehmanxana binasında restoran, bar, iclas zalı, SPA, masaj otaqları, türk hamamı, sauna və hovuz vardır. Burada Avstriya avadanlığı
ilə üç növ pivə istehsal olunur, şərab evində isə 750 şüşə
yerli və xarici şərab saxlanılır. Mehmanxananın beşmərtəbəli binasının
ümumi sahəsi 9
min kvadratmetrdir. Bütövlükdə kompleks 10 min 200 kvadratmetr sahəni əhatə edir.
Mehmanxananın istifadəyə verilməsi
həm də çoxlu yeni iş yerlərinin açılması deməkdir.
Yeni mehmanxana Şəmkirin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını nümayiş
etdirir. Azərbaycanda turizmin ölkə
iqtisadiyyatının mühüm
hissəsinə çevrilməsi,
bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm
bazanın yaradılması
regionların infrastruktur
cəhətdən inkişafını
da təmin edir. Bölgənin geniş turizm
imkanları nəzərə
alınsa, bu cür obyektlərin daha çox əhəmiyyət daşıdığını
aydın hiss etmək olar. Belə layihələr həm
də Azərbaycanın
bölgələrinə daha
çox turist axınına səbəb
olacaq, regionların turizm potensialını nümayiş etdirməyə
geniş imkan yaradacaqdır.
Mehmanxanadakı şəraitdən razılığını
bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 3.